Anemiyalar


Müxtəlif hemoqlobinopatiyalar



Yüklə 1,02 Mb.
səhifə87/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   129
Müxtəlif hemoqlobinopatiyalar
Hemoqlobin C. C hemoqlobinopatiyası zamanı β zən­ci­rin 6-cı vəziyyətində qlu­ta­min turşusu lizinlə əvəz olunur (α2β2 6glu→lys). Bu patologiyaya Afrikada rast gə­li­nir.

C hemoqlobinopatiyasında hüceyrə daxili kristalların yaranması eritrositlərin r­i­gid­liyini dəyişdirir. Xəstələrdə yüngül hemolitik anemiya əlamətləri yaranır. Xəstəlik həm homoziqot, həm də heteroziqotformada olur. Af­ro-ameri­kalı­larda 2% halda xəstəliyin heteroziqot formasınarast gəlinir. Hete­­roziqot daşıyıcılarda qanda C he­moq­lo­bi­nin səviyyəsi 40% təşkil edir, 60% isə HbA olur. Xəstələrdə klinik əlamət­lər olmur, la­kin qanın müayinəsində 40%-ə qədər hədəfvari hüceyrələr aşkar olunur.



Homoziqot forma oraqvari-hüceyrəli anemiyadan fərqli ola­raq daha az yayılıb və mülayim gedişatlıdır. Homoziqot xəstə­lərin qanında çox sayda hədəfvarihü­­­cey­rələr (50-90%), sfero­sitlər aşkar olunur. Anemiya normositar normoxrom olur, yün­­gül retikulositoz, splenomeqaliya müşahidə edilir. Eritrosit­lərin yaşama müddəti 38 sut­kaya qədər qısalır. Eritro­sitlərdə kristalların olması xarakter morfoloji əla­mət­dir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin