SC hemoqlobinopatiyası. Bu hemoqlobinopatiya eyni zamanda iki anomal hemoqlobin geninin daşıyıcılığı ilə şərtlənir. Xəstələrdə retikulositozla müşahidə edilən mülayim anemiya olur. Eritrositlərin yaşama müddəti 30 sutkaya qədər qısalır. Bəzən SC hemoqlobinopatiyasında qarında, sümük-lərdə ağrı, priapizm, kəskin döş qəfəsi sindromu, hətta beyin damarlarının trombozuna da rast gəlinir. Lakin bu əlamətlər SS hemoqlobinopatiyasına nisbətən zəif olur. Xəstələrdə splenomeqaliya, retinopatiya yaranır. Hamilə qadınlarda xəstəlik daha ağır keçir. Qanda cox sayda hədəfvari hüceyrələrvə qeyri-adi quruluşlu kristallar (əlcəkdə əl) aşkar olunur. Bəzi eritrositlər arpa dənəsi formasını alır.