E hemoqlobinopatiyası. Xəstəliyin bu növünə Cənub-Şərqi Asiyada-Birma və Tailandda rast gəlinir. Xəstəliyə səbəb β zəncirinin 26-cı amin turşusunu kodlaşdıran genin mutasiyasıdır. Xəstəlik həm homoziqot, həm də heteroziqot olur. Homoziqot vəziyyətdə klinik əlamətlər olmur. Qanın müayinəsində zəif anemiya, hədəfvari hüceyrələr, mikrositoz aşkar olunur. Heteroziqot xəstələrdə isə mikrositoz olur. Heteroziqotlarda 70% HbA, 30% isə HbE olur. E hemoqlobinopatiyasının β talassemiya ilə müştərək formasında əsas klinik əlamət splenomeqaliya və anemiyadır.