Anemiyalar


Autoimmun hemolitik anemiyada diaqnoz



Yüklə 1,02 Mb.
səhifə99/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   129
Autoimmun hemolitik anemiyada diaqnoz. Autoim­mun hemolitik ane­miya heterogen xəstəliklər qrupudur. Əsas və ümumi əlamətləri eritrositlərin he­mo­li­zi və bunun nəticəsində yaranan müxtəlif dərəcəli anemiyadır.

Diaqnoz hemolizin klinik-laborator əlamətlərinə və antiqlobulin testin nə­ti­cə­lə­ri­nə əsaslanır. Bu məqsədlə Kumbs sınağından istifadə olunur.

Bəzən xəs­tədə autoimmun hemolitik anemiya olmasına baxmayaraq düz antiqlobulin testi mənfi ola bilər. Çünki hüceyrədə 100-500 molekul antitel olduqdastandart reaktiv onu təyin edə bilmir. Lakin eritrosit membranında hətta 100 mole­kuldan da az antitellərin olması hüceyrələrin zədələn­mə­sinə və hemolizə səbəb olur. Bundan başqa reaktivlər JgG və kom­plementin C3 komponentini təyin edir, lakin JgA-antiteli təyin etmir. Auto­immun he­molitik anemiyanın hemolizin formasında Kumbs sınağı bəzən mənfi, saxaroza sınağı isə müsbət olur. Qeyri-düz Kumbs sınağı xəstələrin 80%-də müsbət nə­ticə ve­rir. Xəstəliyin kəskin dövründə üzərində çox miqdarda antitel fiksasiyaolun­muş eritrositlər parçalandığı üçün Kumbs testi mənfi ola bilər. Soyuq immun he­mo­li­tik ane­miyada JgM sirkulyasiyada eritrositlərin səthindən ayrıl­dığı üçün düz Kumbs reak­siyası komplementi təyin edir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin