Azərbaycan Respublikası SəhiyyəNazirliyi
Qədimova Elmira, Yusifova Natella,
Əlizadə Günel, Əfəndiyeva Günel
ANEMİYALAR
Dərs vəsaiti
Bakı – 2018
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutu
Rəyçi:B.Ə.Eyvazov adına Elmi Tədqiqat
Hematologiya və Transfuziologiya İnstitutunun Hemopoezin patologiyası şöbəsinin müdiri,
t.f.d. Ç.D.Əsədov
Annotasiya. Dərs vəsaitində hematologiya üzrə məlum olan elmi dərəcələrə əsaslanaraq anemiya xəstəliklərini proqramlaşdırılmış şəkildə yığcam və səlis şərh edilmişdir.
Kitabda anemiyaların təsnifatı, xəstələrin müayinəsində əsas prinsiplər, müxtəlif formalı anemiyalar və sonda hər mövzuya aid testlər verilmişdir.
Dərs vəsaitində gündəlik tibb təcrübəsində rast gəlinən anemiyalar, müasir məlumatlar şərh olunmuşdur. Eləcə də əsas anemiyaların formaları, müasir diaqnostika taktikası və müalicəsi verilmişdir.
Kitabın yazılmasında əsas məqsəd yeni nəzəri biliklər fonunda anemiyaların klinik təzahür əlamətlərini laborator diaqnostika və müalicə imkanlarını ətraflı şərh etməkdir. Burada şəxsi təcrübə və tədqiqatların nəticələri ümumiləşdirilmişdir. Anemiya xəstəlikləri haqqında müəlliflər tərəfindən verilmiş zəngin material hematoloq, müxtəlif ixtisaslı həkim, tibb universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Qədimova E., Yusifova N.,
Əlizadə G., Əfəndiyeva G.
Anemiyalar (dərs vəsaiti). Bakı, 2018, 204 səh.
Dostları ilə paylaş: |