Anemiyalar


Eritrositlərin mexaniki zədələnməsi nəticəsində



Yüklə 1,02 Mb.
səhifə102/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   129
Eritrositlərin mexaniki zədələnməsi nəticəsində

yaranan hemolitik anemiyalar
Eritrositlərin fraqmentasiya sindromu hüceyrənin mexa­niki travmalar nə­ti­cə­sin­də vaxtından əvvəl zədələn­məsidir. Eritrositlərin fraqmentasiyası çoxsaylı patoloji pro­ses­­­lər zamanı yaranır.

  • Ürək və iri damarların patologiyası; süni ürək klapanları, autoloji val­vo­plas­­ti­ka, əməliyyat olunmamış ürək qüsurları

  • Kiçik damarların patologiyası; hemolitiko-uremik sindrom, trombotik trom­bositopenik purpura

  • ­Dessiminə olunmuş karsinoma; mədə, süd vəzi, ağ ciyər, mədəaltı vəz və s.

  • Kimyaterapevtik preparatlar: mitomisin C, sisplatin, bleomisin, sitozarla kom­­binə olunmuş daunorubisin

  • Hamiləlik, doğuşdan sonrakı dövr, preek-lampsiya, eklampsiya, doğuşdan son­­rakı hemolitiko-uremik sindrom, ciftin qopması

  • Bədxassəli hipertoniya

  • DDL sindromu

  • İnfeksiya

  • Generalizə olunmuş vaskulit, qırmızı qurd eşənəyi, kəskin qlo­me­ru­lo­nef­rit, sklero­dermiya, Veqener qranule­ma­to­zu, sistem amiloidozu

  • Hemangioma

  • Orqan transplantasiyası

Ürək damar və klapanlarının protezlənməsindən sonra yaranan mexaniki hemolitik anemiya. Ürək əməliyyatından sonra bəzi xəstələrdə müxtəlif dərəcəli anemiya yaranmağa baş­layır. Eritrositlərin fraqmentasiyası daha çox ağır aortal qüsurlarda və bəzən də mit­­ral klapan patologiyasındaaşkar olunur.

Ürək-damar patologiyalarında eritrositlərin fraqmen-tasiyasının səbəbləri:



  • Eritrositlərin klapan protezlərinə mexaniki travması

  • Kiçik damarlarda fibrinin depolanması

  • Hemodinamiki defekt-klapan protezində və ya onun ətrafında re­qur­qi­ta­si­ya­ olduqda

Anemiya əməliyyatdan sonrakı 1-ci sutkada, yaxud bir ne­çə gün və ya həftədən son­­­ra yaranır. Hemolizin intensivliyi gizli formadan başlamış ağır kəskin he­mo­li­tik ane­­miyaya qədər inkişaf edir. Hemoliz ürək funksiyasının pozulması fonunda in­ki­şaf edir və bu da xəstənin vəziyyətini daha da ağırlaşdırır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin