Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə103/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   129
Laborator müayinələr. Qandakı dəyişikliklər prosesin ağırlığından asılıdır. He­mo­liz kompensasiya olunarsa hemoqlobinin səviyyəsi normal qalır. Lakin çox aşağı sə­viy­yədə olması da istisna edilmir. Anemiya normositar, normo­xrom olur. Makro­si­toz, retikulositoz, polixromatofiliya, ani­zo­sitoz, poykilositoz müşahidə edilir. Eritro­sit­­lə­­rin poykilosi­tozu xarakter əlamətlərdəndir-şizosit, sferosit, exinosit, “quyruqlu” erit­­ro­­sitlər, trianqulyar hüceyrələr aşkar olunur. Bəzən eritrositlərin hipoxromiyası yaranır və erit­rositlərdə hemoqlobinin orta tutumu (MCH) azalır. Eritrositlərin orta həc­mi də (MCV) azala bilər. Bu dəmirin uzun müddət sidiklə itirilməsi ilə əla­qə­dar­dır. Ley­ko­sit və trombositlərinin miqdarında dəyişiklik olmur. Sümük iliyində eritroid hi­per­pla­ziya yaranır.

Zərdabda bilirubinvə plazmada hemoqlobinaz miqdarda artır. Qap­to­qlo­bulin azalır, laktatdehidrogenazanın xüsusən izoenzim LDG akivliyi artır. Ağır he­mo­liz za­ma­nı xəstələrdə hemo­siderinuriya, hemoqlobinuriya yaranır. Kəskinləşmə döv­­rün­də si­di­yin tərkibində hemoqlobin olduğuna görə rəngi qara və ya qırmızı olur. Si­dik­də çox miqdarda zü­la­l olur.



Diaqnoz. Anamnez və damar daxili hemolizin əlamət­lərinə əsaslanır. Qan yax­ma­sın­­da çoxlu miqdarda eritrosit fraq­­­ment­ləri, şizositlər aşkar olunur.

Müalicə. Ağır dərəcəli anemiya və laktatdehidroge­naza izoenzimin aktiv­li­yi­nin artması klapanın funksiyasının pozul­masını göstərir. Bu xəstəni təkrar əməliyyat edərək klapanın dəyişdiriməsinə göstərişdir. Ağır hemoliz zamanı simpto­ma­tik müa­­licə aparılır. Bəzən parçalanmış eritrositlərin antigen­lərinin təsirindən or­­qanizm daima sensibilizasiya olur və sonradan autoimmun hemolitik ane­mi­ya ya­ranır. Bu zaman qlükokortikoid preparatlardan istifadə olunur. Eritrosit küt­lə­si­nin əmə­liyyatdan əvvəl köçürülməsi hemolizi azaldır.

Yüngül anemiya zamanı eritropoezi aktivləndirmək kifayətdir. Bu məqsədlə dəmir preparatları, fol turşusu təyin edilir.

Ağır anemiyalı xəstədə ürək klapanlarını dəyişmək mümkün deyilsə ana­pri­lin (ürək klapanlarının səthinə eritrositlərin yapışmasının qarşısın alır), re­kom­bi­nant EPO təyin etmək məsləhətdir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin