Porfirin sintezinin pozulması
nəticəsindəyaranan anemiya
Bu irsi və qazanılma anemiya olub, porfirin və hem sintezində iştirak edən fermentlərin aktivliyinin pozulması nəticəsində yaranır. Anemiya nəticəsində dəmirin miqdarı artır və o eritroid hüceyrələrin sitoplazmasında (sideroblastlar) və toxumalarda (hemosideroz) toplanır. Nəticədə hem sintezi ücün lazım olan dəmirin istifadəsi pozulur. Porfirin sintezinin pozulması nəticəsində yaranan anemiyanı sideroblast və ya sideroaxrestik anemiya adlandırırdılar. Sonralar bu terminin düzgün olmadığı hesab edildi. Çünki xəstəlik zaman dəmirin orqanizmdə istifadəsi, yəni sideroaxreziya yox, porfirinin sintezi pozulur. Sideroaxreziya xəstəliyin əlaməti kimi yaranır və ikincili hesab olunur. Sideroaxreziya qeyri-effektiv eritropoez şəklindəhipoplastik, aplastik, dizeritropoetik, meqaloblast anemiyalarda, hemoqlobinopatiyalarda, hemablastoz zamanı, qırmızı hüceyrəli parsial aplaziyada, şiş hüceyrələrinin sümük iliyinə metastazında da müşahidə edilir.
Etiologiya. Porfirin sintezinin irsi patologiyasına kişilərdə rast gəlinir, irsiyyət X xromosomu ilə ilişkili ötrülür. Nadir halda autosom-resessiv yolla irsə verilən forması olur. Bu zamana qadınlar da xəstələnirlər.
Xəstələrin bir çoxunda eritrositlərdə sərbəst protoporfirinin miqdarı azalır, bəzilərində isə koproporfirinin və uroporfirinin miqdarı artır.
Dostları ilə paylaş: |