Müalicə. Müalicəni B6 vitamini ilə başlamaq lazımdır. B6 vitamini ilə müalicə ilk dəfə 1956-cı ildə J.W. Harris adlı alim tərəfindən aparılmışdır. Doza yüksək olmalıdır (6%-li məhlul 5-8 ml/sutka). Piridoksalfosfat daha effektlidir. Əzələ daxilinə 80-40 mq/sutka, daxilə 80-120 mq/sutka təyin olunur.
Əsas müalicə tədbirlərdən biri də orqanizmdən dəmiri xaric etməkdir. Dəmiri xaric etmək üçün disferal istifadə olunur. Əzələ daxilinə 500 mq/sutka, vena daxilinə nasos vasitəsi ilə 12 saat ərzində 40 mq/kq/sutka hesabı ilə təyin olunur. Preperat 5 gün təyin edilir. 2-3 həftədən bir təkrar olunur.
Bəzən B6 və piridoksalfosfat effektsiz olduqda disferalla müalicə remissiya yaradır. Lakin bütün xəstələrdə B6 vitamini ilə müalicə effektli olmur.
Proqnoz. Əgər B6 vitamini və ya piridoksalfosfat ilə müalicə effektlidirsə və eyni zamanda mütəmadi olaraq desferal təyin olunursa, proqnoz qənaətbəxşdir. Müalicənin gec, xüsusən orqan və toxumalarda hemosideroz yarandıqdan sonra aparılması proqnozu ağırlaşdırır.
Dostları ilə paylaş: |