Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə123/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   129
Diaqnoz. Xəstəliyin diaqnozunun erkən aşkarlan-ması vacibdir. Çünki ağır­laş­ma­lar geri dönən proses deyil və hepatosellular karsinomaya çevrilir. Artralgiya əla­mət­­ləri, qarında, xü­susən sağ qabırğa altında ağrılar, rəngin bürünc-boz çalarlı ol­ma­sı, şəkərli diabet əla­mətləri, qara ciyərin böyüməsi xəstəlikdən şübhələnməyə əsas ve­rir. Bəzən müa­yi­nə zamanı aşkar olunan patoloji genin homoziqot daşıyıcılarında ya az şikayət olur, ya da olmur.

Laborator müayinə zamanı transferrinin doyma faizi artır. Kişilərdə bu göstərici 60-dən, qadınlarda isə 50%-dən çox olur. Zərdabda dəmir və ferritin artır. Qa­ra­ ci­yərin biop­siyası zamanı histoloji olaraq dəmirin artıqlığı aşkar olunur. Hal-hazırda ir­si hemoxromatozun diaqnostikası üçün zəncir­vari polimeraz reaksiyasından istifadə olu­­nur. HFE zülalını kodlaşdıran genin DNT strukturun öyrənmək vasitəsi ilə diaq­­­noz dəqiqlənir. Xəstəliyin irsiliyin nəzərə alaraq probandın yaxın qohumlarının müa­­­yinəsi də məsləhətdir.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin