Bədxassəli şişlər (sümük iliyinin zədələnməsi və ya zədələnməməsi zamanı yaranan anemiya-sarkoma, limfaqranulematoz, leykemiya, mielom xəstəliyi və s.) zamanı yaranan anemiya
İltihab zamanı yaranan anemiya
Kəskin infeksiyalar (sepsis, pnevmoniya, bakterial endokardit), zamanı yaranan anemiya
Xroniki infeksiyalar zamanı-ağ ciyər xəstəlikləri (abses, emfizema, vərəm, pnevmoniya), osteomielit, xroniki pielonefrit, çanaq orqanlarının iltihabı, meningit, xroniki göbələk xəstəlikləri və s.
İmmunokompleks mexanizmin üstünlüyü ilə müşahidə edilən xroniki iltihabi xəstəliklər-revmatizm, qırmızı qurd eşənəyi, revmatoid artrit, hemorragik vaskulit, Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, xroniki hepatit, carkoidoz
Kəskin və xroniki böyrək çatışmazlığı, hemodializ müalicəsi alan xəstələr
Ürəyin işemik xəstəliyi
Endokrin sistemin xəstəlikləri-qalxanvari vəzin hipofunksiyası, şəkərli diabet
Ağır travma, termiki yanıqlar, aseptik iltihab, qara ciyərin alkoqol sirrozu, tromboflebit, qan dövranı çatışmazlığı
Anemik sindrom əsas patoloji prosesin klinik əlamətlərindən 1-2 ay sonra yaranmağa başlayır.