Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə41/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   129
Patogenez. İnsan orqanizmində kobalamin 2 əsas pro­ses­də iştirak edir: nuk­lein tur­­şusunun metabolizmi və sintezi, mielinin regenerasiyası. Eyni zamanda piy mü­ba­di­ləsində və toksiki metilmalon turşusunun neytrallaşmasında da iştirak edir. Ko­ba­la­mi­­nin çatışmazlığı zamanı bu proseslər müxtəlif dərəcədə pozulur. Dez­oksi­adeno­zil­ko­balamin piy turşularının sintezi və parçalanmasında iştirak edir. Bu kofermentin çatışmazlığında piy tur­şu­la­rının par­­çalanması pozulur, çox miqdarda propion və metilmalon turşuları əmə­lə gəlir. Bu isə si­nir hüceyrələrinə toksiki təsir göstərir.

B12 vitamininin çatışmazlığı zamanı DNK sintezi zəif­ləyir, hüceyrələrdə ge­dən mitoz prosesi ilkin fazalarda daya­nır. B12 vitaminin kofermentləri (metil­ko­ba­la­min) DNT sin­tezi üçün lazım olan timidin-monofosfatin əmələ gəlməsində iştirak edir. Hüceyrənin bö­lün­məsi xromo-somların ikiləşməsi ilə gedir və bunun üçün də DNT tələb olunur. DNT sintezinin zəifləməsi zamanı hüceyrə bölünə bilmir və əvəzində öl­çüləri artır. He­­moqlobinin əmələ gəlməsi ilə hüceyrənin yetişməsinin sinxronluğu po­zulur. Mito­tik (profaza, metafaza, anafaza, telefaza) tsikllərin uzanması nəticəsində Hb yaran­ması üçün daha çox vaxt sərf olu­nur, sitoplazma böyüyür. İri ölçülü hü­cey­rə­­­lər, meqaloblastlar, qiqantoblastlar əmə­lə gəlir. Bu hüceyrələrin bir hissəsi nor­mo­sit­­­lərə qərar inkişaf edə bilmir və sü­mükiliyində qalır. Bir hissəsi isə spesifik erit­ro­­sitlərə-böyük ölçüləri ilə fərq­lə­nən meqalositlərə çevrilirlər. Meqaloblast erit­ropoez qan­­da sirkulyasiya edən erit­rositlərin ano­ma­li­ya­sına gətirib çıxarır. Ani­zo­sitoz, poy­ki­­lositoz yara­nır. Erit­rositlərin diametri 4-5 və ya 12-14 mkm ara­sın­da tərəd­düd edir (norma 7-8 mkm.). Bu proses həm eritropoezə, həm mielo­poe­zə, həm də me­qa­ka­rio­­poezə aid­dir.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin