Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə49/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   129
Differensial diaqnoz. Differensiasiya ilk növbədə B12 vita­mini defisiti ilə aparılır. Fol turşusu defisiti adətən uşaq­larda, hamilə qadınlarda, qıcolma əleyhinə preparatlar qəbul edən şəxslərdə, alkoqoldan asılı insanlarda müşahidə olunur. B12 vi­ta­mini defisitinə isə böyüklərdə, qocalarda rast gəlinir. Mədənin selikli qışasının at­ro­fi­ya­sı, bəzən funi­kul­yar mieloz müşahidə olunur ki, bu əlamətlər də fol turşusu defisiti üçün xa­rak­ter de­yildir. B12 vitaminin, fol turşusunun qan zərda­bın­da təyini, erit­ro­sit­lərdə fol tur­şu­su­nun miqdarı, qan zərdabın­da, sidikdə metilmalon turşusunun müa­yi­nəsi, nişanlanmış B12 vitaminin sorulmasının tədqiqi differensial diaqnoza kö­mək edir.

Eritrositlərin makrositozu, eritrositlərdə hemoq-lobinin or­ta səviyyəsinin art­ma­sı ilə müşayət olunun bir sıra xəstəlik­lərlə də differensiasiya aparılmalıdır.



Müalicə. Müalicə fol turşusu preparatı (5-15 mq/sutka dozada) ilə aparılır. Adə­tən pa­renteral yeridilmə üsulundan istifadəyə ehtiyac qalmır. Müalicənin müddəti 1 aya qədərdir. Ha­miləlik və laktasiya zamanı 5 mq, eritropoez normallaş­dıqdan son­ra isə sutka­da 1 mq-a qədər azaltmaq olar. Müalicə he­mo­qramma göstəricilərini nə­za­rət­­də sax­la­maq şərti ilə apa­rılır. Fol defisitini yaradan səbəbi aradan qaldırmaq müm­kün ol­ma­dıqda, o zaman mütəmadi olaraq profilaktik mualicə kur­su aparılmalıdır.

Profilaktika. Hamilə qadınlarda, xüsusən irsi və ya qa­z­a­nıl­ma forma he­mo­li­tik ane­miyalarda, talassemiya xəstə­lərində, qısa fasilələrlə hamilə olan və doğan qa­dın­lar­da 5 mq dozadan çox olmamaqla profilaktika aparılmalıdır. Düzgün aparıl­mış müa­li­cə və ya profilaktika nəticəsində residivlər qeyd olunmur və proqnoz yax­şı­dır.

Fol turşusu preparatı həmçinin qastroektomiya, həzm traktı və hepatobiliar zo­na­­nın xəstəlikləri zamanı, qlossit, balanslaşdırılmamış qidalanmada, hemodializ xəs­tə­­­lərində, uzunmüddətli stresslərdə, ağrıkəsici, estrogen qəbulu zamanı, ye­ni­do­ğul­muş­lar­da çə­ki problemi və s. (1500 qramdan az) olduqda da təyin oluna bilər.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin