Anemiyalı xəstələrin müayinəsində
əsas prinsiplər
Anemiya bəzi müəlliflərə görə diaqnoz deyil, patoloji vəziyyətdir. Bu patoloji vəziyyətin səbəblərini isə araşdırmaq lazımdır. Bəzən anemiya hər hansı bir ağır patologiyanın əlaməti kimi aşkarlana bilər. Bütün anemiyalı xəstələrə dəmir preparatlarının təyin edilməsi çox zaman özünü doğrultmur. Lakin düşünmək lazım deyil ki, anemiya həmişə hər hansı bir xəstəliyin əlamətidir. Bir sıra fizioloji vəziyyətlər-hamiləlik, laktasiya dövrü, uşaqlarda sürətli boy artımı zamanı da anemiya əlamətləri olur.
Anemiya çətin diaqnoz olunan hər hansısa bir xəstəliyin əlaməti kimi meydana çıxırsa, belə bir hal əsas xəstəliyin gedişatını daha da ağırlaşdırır.
Hidremiyalar zamanı plazmanın həcmi artdığı ücünqan durulaşır. Belə hal hamilələrdə, ürək çatmamazlığı olan xəstələrdə, hipoalbunemiya zamanı müşahidə edilir. Bu zaman qanın vahid həcmində olan eritrositlərin miqdarı, hemoqlobinin səviyyəsi dəyişmir, lakin müayinə zamanı bu göstəricilərin azalması aşkar olunur.
Anemiyann diaqnozu hərtərəfli toplanmış anamnezə və obyektiv müayinələrə əsaslanır. Periferik qanın müayinəsi zamanı anemiyanın dərəcəsini və morfoloji tipini aşkar etmək olur.
Anemiyanın yaranmasının patogenetik mexanizmlərini aydınlaşıdrmaq üçün əlavə olaraq biokimyəvi, morfoloji, funksional müayinələr aparmaq lazımdır. Anamnez toplayarkən isə bir sıra əlamətlərə diqqət yetirilməlidir.
Xəstədə aşkarlanan anemiya əlamətlərinin qısa zamanda və yaxud uzun müddətə yarandığını bilmək lazımdır. Keçirdiyi xəstəliklər (əməliyyat, qanaxmalar, doğuş qanaxmaları, infeksion xəstəliklər), qəbul etdiyi dərman preparatları (hemoliz, qanyaranmanın depressiyası), işlədiyi sahə (şüalanma, ağır metallarla, aromatik karbohidratlarla kontakt) haqqında məlumat toplanılmalıdır. Aşkar və ya gizli qanaxmalar (melena, hematuriya, menorragiya, metroragiya), sinir sisteminin patologiyaları (paresteziya, yerimənin pozulması, dildə yaranan ağrılar) çəkinin azalması, ossalgiya, səbəbsiz titrəmələr, sarılıq əlamətləri, splenomeqaliya, öddaşı xəstəlikləri də irsi və qazanılma anemiyanın əlamətləridir.
Xəstənin qidalanması haqqında da məlumat toplamaq lazımdır. Düzgün qidalanmamaq və ya tərkibində dəmir, fol turşusu, B12 vitamini, E vitamini olmayan qida məhsullarıilə mütəmadı qidalanmaq da sonda anemiya ilə nəticələnir.
Xəstənin cinsi, etnik mənsubiyyəti, yaşadığı bölgə, yaşı böyük əhəmiyyət kəsb edir. Talassemiya daha cox Şəki-Qəbələ bölgəsində, qlükoza-6-fosfatdehidro-genaza defisitli anemiya isə oğlanlarda və cənub (tropik-subtropik) bölgəsində rast gəlinir. B12 defisitli anemiyayaşlı insanlarda, hemoqlobin sintezinin patologiyası isə daha çox körpə uşaqlarda müşahidə edilir.
Xəstələr çox zaman ümumi zəiflik, baş ağrıları, baş gicəllənmədən, yaddaş zəifliyindən, iş qabiliyyətlərinin pozulmasından şikayət edirlər. Bunlar hipoksemiyanın əlamətləridir. Dəri və selikli qişalar avazıyır. Əgər hemolitik və B12 defisitli anemiyadırsa, dəridə sarılıq damüşahidə edilir. Xəstələrdə təngənəfəslik, ürəkdöyünmə əlamətləri qan dövranının funksional vəziyyətini göstərir və kəskin qanitirmələr zamanı daha qabarıq olur. Buhipoksemiya şəraitində toxumalara oksigeni nəql etmək üçün qan dövranında yaranan kompensator reaksiyadır. Obyektiv müayinədə taxikardiya, ürəyin ölçülərinin böyüməsi aşkar olunur, zirvədə və aortada sistolik küy eşidilir.
Anemiyaların diaqnostikasında laborator müayinələr böyük əhəmiyyət daşıyır. İlkin olaraq aşagıdakı müayinələri aparmaq lazımdır.
1. Qanın ümumi müayinəsi: hemoqlobin, eritrositlərin sayı, rəng göstəricisi, hematokrit, retikulositlərin sayı.
2. Eritrositlərin morfoloji müayinəsi - ölçüləri, forması,eritrosit indeksləri - MCV, MCH, MCHC.
3. Leykositlərin miqdarı, leykositar formula, trom-bositlərin sayı.
4. Zərdabda dəmir, zərdabın dəmir birləşdirmək qabiliyyəti, transferrin, ferritinin təyini.
Əgər lazımdırsa, sümük iliyinin müayinəsi də aparılmalıdır. Bu məqsədlə xəstə sternal punksiya və trepanobiopsiya olunur. Xəstədə hemolitik anemiya əlamətləri olduqda aşağıdakı müayinələr aparılmalıdır; zərdabda bilirubin, laktatdehidrogenaza, qaptoqlobulin, plazmada hemoqlobin, methemoqlobin, sidikdə hemosiderin və hemoqlobin, eritrositlərin osmotik rezistentliyi, hemoqlobinin elektroforezi, eritrositlərdə qlükoza-6-fosfatdehidrogenaza fermentinin təyini, Kumbs sınağı, Hem sınağı, saxaroza testi və s.
Eritrositlərin hasilatının pozulması ilə şərtlənən anemiyalarda zərdabda B12 vitamini və fol turşusunun səviyyəsitəyin edilir. Talassemiya şübhəsi yarananda eritrositlərin elektroforezi aparılır. Sternal punksiya isə diaqnozu tam dəqiqləşdirməyə kömək edir.
Dostları ilə paylaş: |