Laborator müayinələr. Qan yaxmasında həm kserositozda, həm də həqiqi stomatositozda eritrositlər ağız formasında olur. Kserositozda bəzən hədəfvari hüceyrələr də tapılır.
Kserositozda kriz yoxdursa, hemoqlobinin səviyyəsi 105-120 q/l, kriz zamanı isə 90/100 q/l-ə qədər azalır. Stomatositozda hemoqlobinin səviyyəsi 80-100 q/l arasında tərəddüd edir. Kriz zaman isəbu göstərici çox aşağı olur. Stomatositozda MCV 195-120 fl-ə qədər artır, kserositozda isə norma olur. MCHC kserositozda dehidratasiya nəticəsində artır, stomatositozda isə artıq maye olduğuna görə azalır. Retikulositlərin, qeyri-düz bilirubinin miqdarı artır. Stomatositozda eritrositlərin osmotik rezistentliyi azalır, kserositozda isə osmotik rezistentlik artır.
Na ionlarının konsentrasiyası stomatositozda kəskin artır, K ionları isə kəskin azalır. Kserositozda Na ionlarının konsentrasiyası normal və ya az artmış olur, kalium ionları isə yüngül dərəcədə azalır. Kationlar stomatositozda artır, kserositozda isə azalır.
Dostları ilə paylaş: |