Anemiyalar


Cənub-Şərqi Asiya forması



Yüklə 1,02 Mb.
səhifə59/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   129
Cənub-Şərqi Asiya forması. İrsi elliptositozun bu forması autosom-dominant yol­la irsə verilir və 3-cü zülal fraksiyasının struktur defekti ilə şərtlənir.

Xəstəlik Yeni Qvineya, Solomon adalarında, Fiji və s. abori­genlərində olur. Ma­la­zi­ya, İndoneziya, Madaqaskar, Filip­pində isə yüngül heteroziqot forması ya­yıl­mış­dır.

Müayinə zamanı mərkəzi hissəsində iki zolaq olan qaşığabənzər eritrositlər aşkar olunur. Hemoqlobin normal həddə olur, elliptositoz 20-30%-dən çox olmur. Xəs­tə­lə­rin ha­mı­­sın­da hemoliz yaranmır. Dalaq az böyüyür, retikulosit və bilirubin az artır, bə­zən öd daşı xəs­­­təliyi də müşahidə edilir. Homoziqot daşıyıcıları ana bətnində, yaxud da erkən yaş­larda tələf olurlar.

Müəyyən edil­miş­dir ki, Cənub-Şərqi Asiya forması malyariya törədicilərinə qarşı re­zistentdir və defektli zülal fraksiyası insanları malyariyadan, xüsusən də tropik malya­riya za­manı beyni zə­də­lənmədən qoruyur. Eritrositlərin mem­bra­nı normal erit­ro­sit­lərə nisbətən yüksək hə­rarətə qarşı 20-30 dəfə çox dözümlüdürlər.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin