Dizeritropoezli irsi elliptositoz. Bu qeyri-adi forma italiyalılarda müşahidə edilir. Elliptositlər nisbətən uzanmış formada olur. Qeyri-effektiv eritropoezin hesabına anemiya daha kəskin nəzərə çarpır. Qanda retikulositlər az, qeyri-düz bilirubin, zərdabda dəmir və ferritin çox artır. Bəzi xəstələrdə makrositlər müşahidə edilir.
Sümük iliyində qırmızı şaxənin hiperplaziyası yaranır, eritrokariositlərin yetişməsi pozulur və çoxlu miqdarda iki nüvəli normositlər əmələ gəlir. Bəzən bu patologiyaya dizeritropoetik anemiyanın elliptositozla müşahidə edilən forması kimi də baxırlar.
Dostları ilə paylaş: |