Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə61/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   129
İrsi piropoykilositoz-nadir hemolitik anemiya olub, eritrositlərin membran zü­lal­larının quruluşunun pozulması nəti­cəsində yaranır. Xəstəliyə səbəb spektirinin α və β subva­hidində mutasiya və spektirinin parcalanmaya qarşı həssaslı­ğının art­­­ma­sı­dır. Xəstəlik hüceyrə daxili ağır he­molitik anemiya ilə müşahidə edilir. İrsi pi­ro­poykilositoza Ame­ri­ka­nın qara dərili əhalisində rast gəlinir.

İrsi piropoykilositoz haqqında isə ilk dəfə 1975-ci ildə Zarkovski adlı alim yaz­mış­dır. O, 3 yenidoğulmuş uşaqda ağır hemolitik anemiyanı müayinə edərkən on­la­rın erit­rosit­lərinin ağır yanıq keçirmiş insanın eritrositlərinə oxşadığını aşkar edir.

Piropoykilositozda hemoqlobinin miqdarı 50-55 q/l-ə qədər azalır, retikulositlər isə 30-35% arasında olur. Peri­ferik qanda eritrositlərin deformasiya və fraqmentasiyası, ba­­zofil punk­tasiya, elliptosit və sferositlərin olması xarak­ter­dir. Xarakter əla­mət­lər­dən biri də eritrositlərin istiliyə davam­lılı­ğının azalmasıdır. Normal eritrositlər 49°C, piropoykilo­sitozda isə 46°C parcalanırlar.

Xəstələrdə ağır hemoliz əlamətləri, fiziki inkişafdan qalma, üz sümüklərinin de­for­­­­masıyası, sümük iliyinin hiper­plaziyası olur.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin