Differensial diaqnoz. Differensiasiya simptomatik elliptositozla aparılır. Oval formalı eritrositlər B12 defisitli anemiyada müşahidə edilir. Lakin B12 defisitli anemiya yaşlı insanlarda, elliptositoz isə cavanlarda olur. MCV, MCH B12 defisitli anemiyada artır, elliptositozda isə bu göstəricilər norma həddindədir. Elliptositozda qlossit, sinir sisteminin patologiyası (funikulyar mieloz) olmur. Son nəticədə B12 vitaminin qanda təyini diaqnozu dəqiqləşdirməyə imkan verir.
Simptomatik elliptositoz subleykemik mielozla da müqayisə edilir. İrsi elliptositozda leykositoz olmur, leykositar formulada və dalaqda dəyişiklik az olur. Sümük iliyinin histomorfologiyası diaqnozu dəqiqləşdirməyə imkan verir.
Müalicə. Anemiya yoxdursa, müalicə tələb olunmur. Elliptositar hemolitik anemiyada splenektomiya müsbət effekt verir.
Ağır piropoykilositozda vəziyyət yaxşılaşsa da anemiya əlamətləri qalır. Heteroziqot Cənub-Şərqi Asiya formasında splenektomiya tələb olunmur. Homoziqot formada isə xəstələr əməliyyata qədər yaşamırlar. Splenektomiyadan sonra uşaqlara profilaktika məqsədi iləuzun müddət antibiotik (penisillin qrupu) təyin edilir. Əməliyyatdan əvvəl pnevmokok, uşaqlara isə həm də meninqokok vaksini vurulmalıdır.
Dostları ilə paylaş: |