296) Ketaminin tipik təsiri hansıdır?
A) Əzələ relaksasiyası verir
B) Hamısı düzdür
C) Hiperkoaqulyasiyaya səbəb olur
D) Arterial təzyiqin artması və taxikardiya
E) Beyin qan dövranını pozur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
297) Fentanilin yüksək dozaları uşaqlarda bu pozğunluqları törədir?
A) Arterial hipertenziya və taxikardiya
B) Tənəffüsün zəifləməsi, arterial hipotoniya və bradikardiya
C) Bütün cavablar səhvdir
D) Qıcolmalar
E) Tənəffüsün sürətlənməsi
Ədəbiyyat: В.А. Михельсон; Детская анестезиология и реаниматология, Москва, V«Медицина», 1985.
298) Ümumi anesteziya zamanı işlədilən bu preparatlardan hansılar bədxassəli hipertermiyaya səbəb ola bilər?
A) Trankvilizatorlar
B) Barbituratlar
C) Neyroleptiklər
D) Narkotik analgetiklər
E) Halotan
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
299) Beyindaxili təzyiq yüksək olan xəstələrdə ümumi anesteziya zamanı bu preparatlardan hansının istifadəsi məqsədəuyğundur?
A) Ftorotan
B) Heç birinin
C) Enfluran
D) Barbituratlar
E) Ketamin
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
Dostları ilə paylaş: |