402) Süni hipotermiya aparılmasına məqsəd nədir?
A) Hüceyrələrin oksigenlə təhcizatını yaxşılaşdırmaq
B) Mübadilə proseslərini sürətləndirmək
C) Anesteziyanı dərinləşdirmək
D) Ürək fəaliyyətini yaxşılaşdırmaq
E) Hüceyrələrin oksigen aclığına davamlığını artırmaq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
403) Bədən hərarətinin 1°C aşağı salınması O2 tələbatı neşə faiz aşağı salır?
A) 3-5%
B) 7-8%
C) 1-2%
D) 9-10%
E) 14-15%
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
404) Süni hipotermiya yaratmaq üçün bədənin soyudulması ilə yanaşı nə tətbiq edilməlidir?
A) Kombinəedilmiş dərin ümumi anesteziya
B) Hiperbarik oksigenləşdirmə
C) Süni qan dövranı
D) Ekstrakorporal detoksikasiya
E) Kombinəedilmiş səthi ümumi anesteziya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
405) Orta dərəcəli (bədən hararəti 31° -28°C həddində) hipotermiya zamanı ürəyi qan dövranı sistemindən neçə dəqiqəyə qədər ayırmaq olar?
A) 15 dəq
B) 30 dəq
C) 20 dəq
D) 5 dəq
E) 10dəq
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
Dostları ilə paylaş: |