488) Üz-çənə patologiyası ilə əlaqədar aparılan əməliyyatlar zamanı xəstənin vəziyyətinə nəzarət edilməsinin çətinləşdiyinə görə əsas diqqət nəyə verilməlidir?
A) Qısamüddətli və palliativ xarakterli əməliyyatların aparılmasına
B) Yalnız yerli infiltrasion anesteziyadan istifadə edilməsinə
C) Distansion nəzarət metodlarına
D) Vaxtaşırı əməliyyatı dayandırıb xəstənin vəziyyətin yoxlanmasına
E) Yalnız periferik sinir blokadalarından istifadə edilməsinə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
489) Aşağıda qeyd olunan hallardan hansı planlı sürətdə tonzillektomiya əməliyyatının aparılmasına əks-göstərişdir?
A) 10 yaşdan kiçik olması
B) Yerli anestetiklərə yüksək həssaslığın olması
C) Anamnezdə bronxial astmanın olması
D) Anamnezdə pnevmoniyanın olması
E) Kəskin respirator xəstəliklərin və uşaq virus infeksiyalarının olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
490) Tonzillektomiya əməliyyatdan sonraki dövrdə xəstədə dərinin solğunluğu, tərlilik, taxikardiya, hipotoniya, qanla qusma müşahidə olunanda ilk növbədə nədən şübhələnməlidir?
A) Qida borusunun varikoz genəlmiş venalarından olan qanaxmadan
B) 12-barmaq bağırsaq xorasından olan qanaxmadan
C) Əməliyyat yarasından davam edən qanaxmadan
D) Mədə xorasından olan qanaxmadan
E) Dissiminə olunmuş damardaxili laxtalanma sindromundan (DDLS-dan)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |