561) Aşağıda qeyd olunan veziyyətlərdən hansı bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlar aparılan xəstələr üçün xarakterik deyildir?
A) Aspirasion pnevmoniya
B) Ağ ciyər arteriyanın tromboemboliyası
C) Aşağı ətrafların dərin venaların trombozu
D) Piy emboliyası
E) Qanitirmə
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
562) Uroloji əməliyyatlar zamanı xəstə əməliyyat stolunda litotomik yaxud lateral “böyrək” vəziyyətində olanda orqanizmdə hansı dəyişiklik baş vermir?
A) Plazmada kalium ionunun konsentrasiyasının azalması
B) Venoz qan qayıtmasının pozulması
C) Diafraqma ekskursiyarın çətinləşməsi
D) Bud sinirinin və qapayıcı sinirin zədələnməsi
E) İncik sinirinin zədələnməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |