600) Fizioloji hamiləliyin inkişafı ilə əlaqədar olaraq, dövredən qanın göstəriciləri necə dəyişir?
A) Hematokrit və plazma nisbətən artır, hemoqlobin isə azalır
B) Hamısı eyni dərəcədə artır
C) Hemoqlobin və hematokrit azalır, plazma isə artır
D) Hemoqlobin və hematokrit nisbətən artır, plazma isə azalır
E) Hamısı eyni dərəcədə azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
601) Fizioloji hamiləliyin fonunda dövredən plazmanın həcmi ilkin vəziyyətlə müqayisədə nə qədər artır?
A) 10-20%
B) 40-50%
C) 50-60%
D) 20-30%
E) 30-35%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
602) Fizioloji hamiləliyin fonunda dövredən qanın qlobulyar həcmi nə qədər artır?
A) 40-50%
B) 50-60%
C) 20-30%
D) 10-20%
E) 30-40%
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
603) Fizioloji hamiləliyin gedişində plazma zülallarının fraksiyaları necə dəyişir?
A) Plazmada ümumi zülalların qatılığı dəyişmir, lakin qlobulin fraksiyasına nisbətən albumin fraksiyasının səviyyəsi yüksəlir
B) Plazmada ümumi zülalların qatılığı artır, albumin fraksiyasının miqdarı artır, qlobulinin səviyyəsi isə azalır
C) Plazmada ümumi zülalların mütləq miqdarı azalır, qlobulin fraksiyasının nisbəti azalır
D) Plazmada ümumi zülalların miqdarı azalır, albumin fraksiyasının nisbəti artır
E) Plazmada ümumi zülalların qatılığı azalır, albumin fraksiyasının nisbəti də azalır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
Dostları ilə paylaş: |