741) Daxili qanaxma ilə müşaiyət olan çoxsaylı kombinəolunmuş zədəli xəstədə dinamiki müşahidə zamanı AT-nin enməsi fonunda MVT-in artması qeyd olunub. Bu nəyi göstərir?
A) Ürək zəifliyinin yaranması
B) Qanın venoz damarlarda yığılması
C) Qanitirmənin tempinin artması
D) Hipervolemiya
E) Qanın şuntlanması
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
742) Yüngül dərəcəli mədə-bağırsaq qanaxmaları üçün xarakterik olan göstəricilər hansıdır?
A) Hemoqlobinin 80 q/l-dən az olması, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi
B) Hemoqlobinin 80-100 q/l arasında olması, sistolik A/T-ın 100 mm c.süt-na qədər düşməsi, nəbzin 100/dəq-ə qədər artması
C) Hemoqlobinin 100 q/l-ə qədən enməsi, sistolik A/T və nəbzin əhəmiyyətli dərəcədə dəyişməməsi
D) Hemoqlobin, A/T və nəbzin dəyişməməsi
E) Hemoqlobinin 80 q/l-dən az, sistolik A/T-ın 100 mm c.süt-dan az, nəbzin 100/dəq-dən çox olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |