844) Qanın laxtalanma müddəti Li-Uayt üsulu ilə normada belədir?
A) 9-13 dəqiqə
B) 7-12 dəqiqə
C) 10-15 dəqiqə
D) 5-10 dəqiqə
E) 3-5 dəqiqə
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
845) Protrombin indeksinin normal göstəriciləri belədir?
A) 70-80 %
B) 75-100 %
C) 60-70 %
D) 90-100 %
E) 50-70 %
Ədəbiyyat: Е.П. Иванов; Руководство по гемостазиологии, Минск, «Беларусь», 1991.
846) Damarlarda trombozun baş verməsinin əsasını təşkil edən Virxov nəzərriyyəsi aşağıdakı üçlükdən ibarətdir?
A) Arterial qan damarlarının spazmı , ürəyin yığılma qabiliyyətinin zəifləməsi və qanın laztalanma vaxtının azalması
B) Damar endotelinin tamlığının pozulması, eritrositlərin sayı və protrombin indeksinin 80%-dən aşağı olması
C) Damar endotelinin tamlığının pozulması, qanın damarlarda axma sürətinin zəifləməsi və hiperkoaqulyasiya
D) Venoz qan damarlarının iltihabı , ürəyin yığılma qabiliyyətinin zəifləməsi və qanın laxtalanma vaxtının azalması
E) Trombositlərin sayı, fibrinolitik sistemin vəziyyəti və qanın damarlarda axma sürəti
Ədəbiyyat: З.С. Баркаган; Геморрагические заболевания и синдромы, Москва, «Медицина», 1988.
Dostları ilə paylaş: |