926) Əgər ph = 7,32, pCO2 = 58 mm c. süt., BE = +1,5 mmol/l aşkar edilirsə söhbət nədən gedir?
A) Dekompensə olmuş metabolik alkalozu
B) Turşu-qələvi vəziyyəti norma hüdudundadır
C) Kompensə olmuş tənəffüs asidozu
D) Dekompensə olmuş tənəffüs alkalozu
E) Kompensə olmuş metabolik asidoz
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
927) Xəstə ilə respirator (süni tənəffüs aparatı) arasında uyğunsuzluq yaranan halda onu aradan götürmək üçün tətbiq edilir?
A) Tənəffüsün dəqiqəlik həcmini 150-200% artırmaqla mötədil hiperventilyasiya
B) Antixolinesteraz preparatlar
C) Tənəffüs analeptikləri
D) Tənəffüsün dəqiqəlik həcmini 250-300% artırmaqla güclü hiperventilyasiya
E) Tənəffüsün dəqiqəlik həcmini 50-100% artırmaqla zəif hiperventilyasiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
Dostları ilə paylaş: |