942) Hiperbarik oksigenasiya aparılmasına göstəriş sayılmır?
A) Anaerob infeksiyalar
B) Ağır anemiyalar
C) Histotoksik hipoksiya
D) Yeni doğulmuların asfiksiyası
E) Bronxoobstruktiv sindrom
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
943) Hiperbarik oksigenləşdirmə zamanı müşahidə edilmir?
A) Baş ağrıları
B) Selikli gişaların ödemi
C) Hemik hipoksiyanın dərinləşməsi
D) Döş arxasında diskomfort
E) Ağciyər kistlərinin partlaması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
944) Hiperbarik oksigenləşdirmə ağciyərlərin spontan ventilyasiyasına necə təsir edir?
A) Barokamerada təzyiqin səviyyəsinə uyğun yaxşılaşdırır
B) Az yaxşılaşdırır
C) Pisləşdirir
D) Təsir etmir
E) Çox yaxşılaşdırır
Ədəbiyyat: Беляевский А.Д. Анестезиология и реаниматология (задачи, вопросы и ответы с разъяснениями) - Ростов-на-Дону, «Феникс», 2006.-320 с.
Dostları ilə paylaş: |