980) Postreanimasion mərhələnin erkən (ilk 24 saat) ağırlaşmalarına aiddir?
A) Kəskin böyrək çatışmamazlığı
B) Meninqoensefalit
C) Pnevmoniya
D) Beyin ödemi
E) Kəskin qara ciyər çatışmamazlığı
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
981) Postreanimasion mərhələnin ilk dövründə bir qayda olaraq izlənir:
A) Taxikardiya və ürəyin dəqiqəlik həcminin artması
B) Bradikardiya və ürəyin dəqiqəlik həcminin artması
C) Nəbzin sayının və ürəyin dəqiqəlik həcminin norma səviyyəsində olması
D) Bradikardiya və ürəyin dəqiqəlik həcminin azalması
E) Taxikardiya və ürəyin dəqiqəlik həcminin azalması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
Dostları ilə paylaş: |