1018) Supraventrikulyar paroksizmal taxikardiya zamanı istifadə edilmir?
A) İzoptin
B) Novokainamid
C) Lidokain
D) Diqoksin
E) Kordaron
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1019) Kəskin miokard infarktı zamanı xəstəni ağrısızlaşdırma məqsədi ilə təcili yardım briqadası tərəfindən nəyin tətbiqi daha məqsədəuyğundur?
A) Qeyri narkotik analgetiklər
B) Epidural anesteziya
C) Narkotik analgetiklər
D) Trankvilizatorlar
E) N2O : O2 qarışığın inqalyasion anesteziyası
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1020) Elektrokardiostimulyasiya göstərilən hansı hallarda tətbiq olunmur?
A) Sinus düyünün zəifliyi sindromu
B) Atrioventrikulyar keçiriciliyin II dərəcəli pozulması
C) Atrioventrikulyar keçiriciliyin III dərəcəli pozulması
D) Volf-Parkinson-Uayt sindromu
E) Qan dövranın asistoliya mənşəli dayanması
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti. Bakı – 2007, 174 s.
1021) Xəstədə ürəyin çəpər nahiyəsinin miokard infarktının 4-cü günündə qəflətən qısa müddətli huşun itməsindən sonra nəbzin bir dəqiqədə 42 qədər seyrəlməsi, A/T – 80/40 vv c.süt. düşməsi, huşun alaqaranlaşması inkişaf etmişdir. Göstərilən hansı tədbirin aparılması düzdür?
A) Kardioversiya
B) İzoptinin v/d yeridilməsi
C) Kordaronun yeridilməsi
D) Atropin, eufillin v/d yeridilməsi
E) Kranioserebral hipotermiya
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1022) Xəstədə hiperkaliyemiyanın kardiotoksik təsirini azaltmaq üçün hansı üsul tətbiq edilmir?
A) Hemodializ
B) Qlükoza-insulin qarışığı
C) Adrenalin
D) Kalsi preparatları
E) Furosemid
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Dostları ilə paylaş: |