94) Qan dövranının adekvat olduğunu hansı göstərici daha tam əks etdirir?
A) Həcmli qanaxımı
B) Mərkəzi venoz təzyiqi
C) Qanın arterial təzyiqi
D) Bu göstəricilərdən heç biri
E) Qan axımına müqavimət
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
95) Ürək-damar sisteminin hansı şöbəsində daha çox qan yerləşir?
A) Qaraciyərin damarlarında
B) Venalarda
C) Ağciyər və ürək damarlarında
D) Arteriyalarda
E) Kapilyarlarda
Ədəbiyyat: А.П.Зильбер. Клиническая физиология в анестезиологии и реаниматологии. М., «Медицина». 1984.
96) Oftalmocərrahi praktikada göz əzələlərinin traksiyası zamanı okulokardial refleks ola bilər, bu da xəstənin həyatı üçün ciddi təhlükə törədir. Bu refleksin mahiyyəti nədir?
A) Arterial təzyiqin yüksəlməsi
B) Venoz təzyiqin yüksəlməsi
C) Ürək yığımlarının yavaşıması, ürək dayanmasına qədər
D) Stenokardiya tutmaları
E) Ürək aritmiyası
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
97) Kəskin sol mədəciyin nəzərə çarpan çatışmazlığının ilkin mərhələsində bir qayda olaraq hipoksiyanın hansı növü müşahidə olunur?
A) Hipoksik
B) Hemik və histotoksik
C) Hemik
D) Histotoksik
E) Sirkulyator
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
98) Kəskin sol mədəcik çatışmazlığının ağır dərəcəsində artıq mövcud olan hipoksiyaya hipoksiyanın hansı növü əlavə olunur?
A) Hemik və histotoksik
B) Sirkulyator
C) Histotoksik
D) Hemik
E) Hipoksik
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Dostları ilə paylaş: |