99) Ümumi periferik damar müqavimətinə hipoksemiya necə təsir edir?
A) Hiperkapniya varsa azaldır
B) Azaldır
C) Təsir etmir
D) Hipokapniya varsa çoxaldır
E) Çoxaldır
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
100) Giriş narkozu ərzində hemodinamiki pozulmaların qarşısını almaq məqsədi ilə hipervolemik hemodilusiya aparılır. Bunun mahiyyəti nədir?
A) Qlükokortikoidləri yeritmək
B) Konsrevləşdirilmiş qan köçürmək
C) Qanı durulaşdırmaq, laxtalanmanın qarşısını almaq
D) Qan buraxma, sonra qan əvəzedicilərin köçürülməsi, qanburaxmanı üstələyən həcmdə
E) Qan əvəzedicilərin köçürülməsi
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
101) Bir-biri ilə bağlı olan hansı üç göstərici orqanizmin hemodinamik vəziyyətini müəyyən edir?
A) Mərkəzi venoz təzyiq, dövr edən qanın həcmi və ürəyin venoz qayıdışı
B) Divararası sorma funksiyası, qanın reoloji vəziyyəti və ürəyin vurğu həcmi
C) Arterial təzyiq, mərkəzi venoz təzyiq və ürək yığılmalarının sayı
D) Dövr edən qanın həcmi, qan dövranın dəqiqəlik həcmi və ümumi periferik damar müqaviməti
E) Ürək yığılmalarının sayı, ürəyə venoz qayıdış və ürəyin vurğu həcmi
Ədəbiyyat: Физиология человека. Т.2 Под редакцией Р. Шмидта и Г. Тевса. М.: «Мир». 1996.
Dostları ilə paylaş: |