119) Aşağıda göstərilən opiat və opioidlərdən hansı antinosiseptiv sistemin μ-, δ- və κ-opiat reseptorların aqonistidir?
A) Buprenorfin
B) Pentazosin
C) Nalokson
D) Morfin
E) Ketamin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
120) Aşağıda göstərilən opiat və opioidlərdən hansı antinosiseptiv sistemin μ-, δ- və κ-opiat reseptorların antaqonistidir?
A) Pentazosin
B) Buprenorfin
C) Morfin
D) Ketamin
E) Nalokson
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
121) Dietilefirlə aparılan ümumi anesteziyanın 1-ci mərhələsinə aid olan əlamətlər hansılardır?
A) Sakit yuxu, bəbəklərin daralması, işığa reaksiyanın olması, göz almacıqlarının yavaş hərəkətləri, buynuz qişa, qırtlaq və udlaq reflekslərinin və əzələ tonusunun saxlanması
B) Bəbəklərin çox güclü genəlməsi, işığa reaksiyanın olmaması, dərinin solğun-sianotik rəngi, aritmik diafraqmal tipli tənəffüs, sapavari nəbz, A/T kəskin enməsi
C) Huşun dumanlanması, bəbəklərin azacıq qenəlməsi, işığa reaksiyanın olması, analgeziyanın inkişaf etməsi, nəbz və tənəffüsün tezləşməsi
D) Nitq və hərəki oyanma, bəbəklərin qenəlməsi, işığa reaksiyanın olması, kirpik reflekslərinin itməsi, qırtlaq və udlaq, öskürək və qusma refləkslərinin aktivləşməsi
E) Göz almacıqlarının fiksasiyası, bəbəklərin daralması, işığa reaksiya verməməsi, əzələ tonusunun və buynuz qişa refleksinin zəifləməsi, qırtlaq və udlaq reflekslərin olmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |