Anesteziologiya – reanimatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Bölmə 1. Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi
1) Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s. məsələləri əks etdirən əsas qanunudur:
A) Tibb müəssisənin müdiriyyətinin əmrləri
B) Cenevrə Bəyannaməsi
C) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
D) BMT-nin İnsan Hüquqları Deklarasiyası
E) Tibbi Etikanın Bəynəlxalq Kodeksi
Ədəbiyyat: Səhiyyə sahəsində Azərbaycan Respublikasının Qanunlar Toplusu. Bakı, 2000.
2) Anesteziya, intensiv terapiya ya reanimasiyaya məruz qalan pasiyentin hüquqlarına daxil deyildir:
A) Tibbi sənədlərlə tanış olması
B) Tibbi müdaxiləyə razılıq verməsi
C) Diaqnostik-müalicə prosedurlarının və medikamentlərin təyin edilməsi
D) Şikayətlə tibb müəssisənin rəhbərinə müraciət etməsi
E) Tibbi müdaxilədən imtina etməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |