318) Tiopental-Na-nin sutkalıq dozası hansı rəqəmi aşmamalıdır?
A) 2000mq
B) 1500 mq
C) 1250 mq
D) 1000 mq
E) 500 mq
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
Bölmə 6. Əzələ relaksasiyası və ağciyərlərin süni ventilyasiyası
319) Kurarizasiyanın qalıq əlamətlərini aradan qaldırmaq məqsədi ilə, təcrübəsiz anestezist tibb bacısı xəstəyə vena daxili 0,05 %-4 ml prozerin məhlulu yeridib. Buna cavab olaraq xəstədə bradikardiya başlayıb, ürəyin dayanmasına təhlükə var, güclü tüpürcək axması müşahidə olunur. Bu simptomları aradan qaldırmaq üçün nə etməli?
A) Bemeqrid
B) Efedrin
C) Atropin
D) Mezaton
E) Noradrenalin
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
320) Kompensə olunmuş ağır qanaxma fonunda aparılan narkoz zamanı hansı miorelaksantın tətbiqinə üstünlük vermək lazımdır?
A) Arduan
B) Listenon
C) Tubokurarin
D) Diplasin
E) Paramion
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
321) Depolyarizəedici relaksantlar venadaxili vurulduqdan sonra, ürəkdə çox zaman bradikardiya və bəzən hətta asistoliya inkişaf edə bilər. Ürək tərəfindən bu reaksiyanın səbəbi nədir?
A) Xolinergik reseptopların stimulyasiyası və kalium ionların azad olması nəticəsində
B) Miokardın sinus əzələ plastinka bilavasitə depolyarizəedici təsiri nəticəsində
C) Metabolik asidozun inkişafı nəticəsində
D) Metabolik alkalozun inkişafı nəticəsində
E) Miokardın sinus əzələ plastinkasına relaksantların parçalanma məhsulların bilavasitə təsiri nəticəsində
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
Dostları ilə paylaş: |