563) Operativ sistoskopiya zamanı adətən hansı anesteziya metodunun istifadəsi məqsədəuyğun sayılmır?
A) Spinal anesteziya
B) Spontan tənəffüslə aparılan maska vasitəsilə inhalyasion anesteziya
C) Spontan tənəffüslə aparılan venadaxili anesteziya
D) Traxeyanın intubasiyası və ağ ciyərlərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya
E) Lyumbal epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
564) Aşağıda qeyd olunmuş fəsadlardan hansı prostat vəzinin hiperplaziyası ilə əlaqədar transuretral rezeksiya əməliyyatı aparılan xəstələrdə tez-tez rast gəlinən fəsadlardan deyildir?
A) Hipotermiya
B) Qara ciyər çatmamazlığı
C) Qanaxma
D) Hiponatriyemik hiperhidratasiya sindromu
E) Sidik kisəsinin perforasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |