604) Fizioloji hamiləlik zamanı albumin/qlobulin nisbəti necə dəyişir?
A) Nisbətin artıb-azalması qan plazmasında ümumi zülalların qatılığından asılıdır
B) Dəyişmir
C) Azalır
D) Artır
E) Nisbətin artıb-azalması hamiləliyin müddətindən asılıdır
Ədəbiyyat: Зильбер А.П., Шифман Е.М. Акушерство глазами анестезиолога/Этюды критической медицины. Книга 3-я. Петрозаводск., 1997, 397 с.
605) Keysər kəsiyi əməliyyatında ümumi anesteziya zamanı döl çıxarılana kimi anesteziyanı təmin etmək məqsədilə tiopental natriumu hansı variantda istifadə etmək məsləhət görülür?
A) Tiopental natrium 1-2 mq/kr birdəfəlik dozada + halotanın 0,5%-1,0% inhalyasiyası
B) Tiopental natrium 0,1-0,2 mq/kr birdəfəlik dozada + diazepam 10 mq birdəfəlik dozada
C) Tiopental natrium 8-10 mq/kq birdəfəlik dozada + midazolam 10 mq birdəfəlik dozada
D) Tiopental natrium 4-5 mq/kr birdəfəlik dozada + fentanil 100 mkq birdəfəlik dozada
E) Tiopental natrium 4-5 mq/kr birdəfəlik dozada + 50% azot oksidi və 50% O2-nin inhalyasiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
606) Keysər kəsiyi əməliyyatı vasitəsilə doğulan yenidoğulmuşların orqanizmində baş verə bilən pozğunluqların profilaktikası üçün hansı tədbirdən istifadə edilmir?
A) Minimal vaxt ərzində dölün çıxarılması
B) Əməliyyat zamanı aortokaval kompressiyanın profilaktikası
C) Döl çıxarıldıqdan dərhal sonra sorucu vasitəsilə dölün udlağının selikdən təmizlənməsi
D) Döl çıxarıldıqdan dərhal sonra onun parenteral qidalanmasının təmin edilməsi
E) Yenidoğulmuşa ilk saatlarda O2-nin verilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |