Anesteziologiya-reanimatologiya


) Kəskin respirator distress-sindromunun ən erkən əlaməti nədir?



Yüklə 1,18 Mb.
səhifə324/401
tarix05.01.2022
ölçüsü1,18 Mb.
#111110
1   ...   320   321   322   323   324   325   326   327   ...   401
931) Kəskin respirator distress-sindromunun ən erkən əlaməti nədir?
A) Təngənəfəslik

B) Hipoksemik koma

C) Taxikardiya

D) Alveolyar ağ ciyər ödemi

E) PaO < 2 mm c. süt.
Ədəbiyyat: Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
932) Kəskin respirator distress-sindromu zamanı müalicə tədbirlərinə daxil olmur?
A) Oksigen inhalyasiyası

B) Hiperbarik oksigenasiya

C) Surfaktant tətbiqi

D) Ağ ciyərlərin süni ventilyasiyası

E) Helium terapiyası
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
933) Kəskin respirator distress-sindromu zamanı ağ ciyərlərin süni ventilyasiyasını apararkən tənəffüs həcminin təhlükəsiz miqdarı nə qədər təşkil edir?
A) 3-4 ml/kq

B) 8-10 ml/kq

C) 15-18 ml/kq

D) 11-14 ml/kq

E) 5-7 ml/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
934) Kəskin respirator distress-sindromunda (KRDS-də) ağ ciyərlərin süni ventilyasiya (ASV) zamanı nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) adətən hansı səviyyədə olur?
A) 8-12 sm su süt.

B) 40 sm su süt.

C) 25-30 sm su süt.

D) 4-5 sm su süt.

E) 30-35 sm su süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
935) Kəskin respirator distress-sindromunun (KRDS-ın) respirator müalicəsi zamanı O2-nin inspirator fraksiyanın (FiO2-nin) hansı göstəriciləri toksikli sayılır?
A) 0,5-0,6-dan yüksək olan

B) 1,0-ə bərabər olan

C) 0,8-ə bərabər olan

D) 0,21-dən yüksək olan

E) 0,3-dən yüksək olan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
936) Kəskin respirator distress-sindromunun (KRDS-ın) respirator müalicəsi zamanı nəfəsalmada maksimal plato təzyiqi hansıdır?
A) 35 sm su süt.

B) 15 sm su süt.

C) 25 sm su süt.

D) 45 sm su süt.

E) 55 sm su süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
937) Ağ ciyərlərin patologiyası üçün obstruktiv aşağıda qeyd olunan patoloji dəyişikliklərdən hansı patologiya üçün xarakterik deyildir?
A) Tənəffüs əzələlərin yorğunluğu

B) Ağ ciyərlərin interstisial ödemi

C) Hiperkapnik tənəffüs çatmamazlığı

D) Lokal xarakterli auto-nəfəsvermənin sonunda müsbət təzyiqin (auto-NSMT-nın) (“hava balışı”nın) yaranması

E) Hipoksemiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
938) Aşaqıda qeyd olunan respirator terapiyanın xüsusiyyətlərindən hansı ağ ciyərlərin obstruktiv patologiyası olan xəstələrdə adətən istifadə olunmur?
A) Plato təzyiqin 35 sm su süt-dan çox olmaması

B) O2-nin inspirator fraksiyasının (FiO2-nin) 0,6-dan aşağı olması

C) Məqbul oksigenasiyanı təmin edən minimal tənəffüs həcminin olması

D) Nəfəsvermənin sonunda müsbət təzyiqin (NSMT-nın) 8-12 sm su süt. səviyəsində olması

E) Qısa inspirator vaxtının (aşağı inspirator/ekspirator nisbətinin) – məcburi nəfəsalma vaxtının 0,7-1,0/s olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   401




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin