329) Süni hipotoniya aparılmasına göstəriş hansıdır?
A) Kardiogen şok
B) Eklampsiya
C) Diabetik koma
D) Hipovolemik sindrom
E) Beyin ödemi
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
330) Süni hipotoniya aparılmasına nə zaman əks göstərişdir?
A) Aortanın koarktasiyası
B) Adrenal çatışmamazlıq
C) Hipertonik kriz
D) Tireotoksikoz
E) Eklampsiya
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
331) Süni hipotoniya aparılması nə zaman göstərişdir?
A) Böyrək çatışmazlığı
B) Hiperkoaqulyasiya
C) Kiçik qan dövranında hipervolemiya
D) Qara ciyər çatışmazlığı
E) Hipovolemik sindrom
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
332) Süni hipotoniya zamanı sistolik arterial təzyiqin hansı səviyyəyə qədər endirilməsi təhlükəsiz sayılır?
A) 100 mm c. süt.
B) 90 mm c. süt.
C) 70 mm c. süt.
D) 60 mm c. süt.
E) 80 mm c. süt.
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
333) Süni hipotoniya yaratmaq üçün qanqlioblokadaedici preparatlar haraya yeridilir?
A) Ürək daxilinə
B) Vena daxilinə
C) Arteriya daxilinə
D) Dəri altına
E) Əzələ daxilinə
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
334) Süni hipotoniya bitdikdən sonra arterial təzyiq ləng bərpa olunursa hansı preparatlar tətbiq edilməlidir?
A) Vazopressorlar
B) Adrenolitiklər
C) Diuretiklər
D) Ürək qlikozidləri
E) Kortikosteroidlər
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
Dostları ilə paylaş: |