360) Hiperbarik məhlullarla həyata keçirilən spinal anesteziya zamanı kollaps baş verəndə aşağıda göstərilən tədbirlərdən hansını etmək olmaz?
A) Venadaxili norepinefrinin (noradrenalinin) infuziyası
B) Əməliyyat stolun baş tərəfinin aşağı salınması
C) Venadaxili fenilefrinin (mezatonun) bolyus şəklində yeridilməsi
D) Venadaxili efedrinin bolyus şəklində yeridilməsi
E) İntensiv şəklində infuziyaların aparılması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
361) Mərkəzi blokadalardan sonra postoperasion postpunksion baş ağrılarının müalicəsində hansı tədbirdən istifadə etmək olmaz?
A) Analgetiklərin təyin edilməsi
B) Autoqanın epidural sahəyə yeritməklə beynin sərt qişasının punksion dəliyinin plomblanması
C) Əməliyyatdan sonraki dövrdə xəstənin erkən fiziki artivləşməsi
D) Yataq rejimi
E) Kristalloid məhlulların infuziyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
362) Qarın boşluğu orqanlarında uzunmüddətli əməliyyatlar zamanı endotraxeal narkozla birlikdə hansı yerli anesteziya metodunun istifadəsi daha adekvatdır?
A) Epidural anesteziyanın kateter texnikası
B) Yerli infiltrasion anesteziya
C) Epidural sahəyə iynə vasitəsilə yerli anestetikin birdəfəlik dozasının yeridilməsi
D) Spinal anesteziya
E) Morfinomimetiklərdən istifadə etməklə spinal analgeziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |