936) Bədxassəli hipertermiya sindromu üçün xarakterik deyildir?
A) Taxikardiya
B) Ağır metabolik asidoz
C) Suksinilxolinin istifadəsindən sonra baş verməsi
D) PaCO2-nin yüksəlməsi
E) Bradikardiya
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
937) Massiv qanitirmələrdə eritrositar kütlə ilə təzə dondurulmuş plazmanın hansı nisbətdə köçürülməsi məsləhətdir?
A) 1 doza eritrositar kütlə ilə 1 doza təzə dondurulmuş plazma
B) 4 doza eritrositar kütlə ilə 1 doza təzə dondurulmuş plazma
C) 2 doza eritrositar kütlə ilə 3 doza təzə dondurulmuş plazma
D) 4 doza eritrositar kütlə ilə 2 doza təzə dondurulmuş plazma
E) 2 doza eritrositar kütlə ilə 4 doza təzə dondurulmuş plazma
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с
938) Adrenomimetiklərdən hansı anafilaksiyanın və mədəciklərin fibrilyasiyasının müalicəsində əsas preparat hesab olunur?
A) Klonidin (Klofelin)
B) Metildopa
C) Fenilefrin (Mezaton)
D) Epinefrin (Adrenalin)
E) Dofamin
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
939) Krikotireoid membranın punksiyası və krikotireotomiyanın aparılması məsləhət deyildir:
A) Böyüklərdə
B) Kişilərdə
C) Qadınlarda
D) Kiçik yaşlı uşaqlarda
E) Qocalarda
Ədəbiyyat: Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие / Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
Dostları ilə paylaş: |