977) Spirometr narkoz aparatının və süni tənəffüs aparatının hansı hissəsində yerləşir?
A) Buxarlandırıcılardan əvvəl
B) Tibbi qazların aparata daxil olan seqmentində
C) Tibbi qazların magistralında
D) Oksigenin təcili verilməsini təmin edən seqmentində
E) Ekspirator konturunda
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
978) Hansı halda tənəffüs konturunda pik təzyiqin və plato təzyiqin paralel olaraq yüksəlməsi qeyd olunmur?
A) Karboperitoneumda
B) Endobronxial intubasiyada
C) Bronxospazmda
D) Ağciyər ödəmi başlayanda
E) Trendelenburq vəziyyətində
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
979) Hansı halda tənəffüs konturunda normal plato təzyiqi fonunda pik təzyiqin yüksəlməsi qeyd olunmur ?
A) Ağciyər ödəmində
B) Bronxospazmda
C) Endotraxeal boronun əyilməsi yaxud manjetin “yırtığı” əmələ gəlməsi zamanı
D) Yad cismin aspirasiyasında
E) Tənəffüs yollarının yaxud endotraxeal borunun seliklə tutulması zamanı
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
980) Müasir elektron monitorlarda sistolik, diastolik və orta arterial təzyiq təyin edildikdə hansı metoddan istifadə edilir?
A) Doppleroqrafiya
B) Pletizmoqrafiya
C) Palpasiya
D) Auskultasiya
E) Ossillometriya
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
981) Arterial təzyiq təyin edildikdə alınan nəticələrə istifadə olunan manjetin eni necə təsir edir?
A) Manjetin eni seçilərkən ətrafın diametri nəzərə alınmır
B) Arterial təzyiqin göstəricilərə istifadə olunan manjetin eni təsir etmir
C) Enli manjetdən istifadə etdikdə daha yüksək arterial təzyiq göstərir
D) Ensiz manjetdən istifadə etdikdə daha aşağı arterial təzyiq göstərir
E) Enli manjetdən istifadə etdikdə daha aşağı arterial təzyiq göstərir
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
982) Arterial təzyiqin dəqiq ölçülməsi üçün istifadə olunan manjetin diametri necə olmalıdır?
A) Manjetin eni ətrafın diametrindən 2 dəfə çox olmalıdır
B) Manjetin eni ətrafın diametrindən 20-50% çox olmalıdır
C) Arterial təzyiqin dəqiq göstəricilərinə manjetin diametri təsir etmir
D) Manjetin eni ətrafın diametrindən 20-50% az olmalıdır
E) Manjetin eni ətrafın diametrindən 2 dəfə az olmalıdır
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
Dostları ilə paylaş: |