Bölmə 4.Tənəffüs sisteminin kliniki anatomiya, fiziologiya və patofiziologiyası
132) Qaz inhalyasion anestetiki hansıdır?
A) Enfluran
B) Halotan
C) Azot oksidi
D) Desfluran
E) İzofluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
133) Burundan intubasiya ilə əlaqədar olaraq baş verə bilən fəsad hansıdır?
A) Bronxial ifrazatın artması
B) Qırtlağın zədələnməsi
C) Bronxospazm
D) Burun qanaхması
E) Dişlərin zədələnməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
134) Aşağıda qeyd olunan mühitlərdən hansında inhalyasion anestetikin fraksion konsentrasiyası Fi işarəsi ilə qeyd olunur?
A) Alveollarda olan qazlarda
B) İnterstisial mayedə
C) Plazmada
D) Sinir hücəyrələrində
E) Tənəffüs yollarına daxil olan qazlarda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
135) Aşağıda qeyd olunan mühitlərdən hansında inhalyasion anestetikin fraksion konsentrasiyası "FA" işarəsi ilə qeyd olunur?
A) Plazmada
B) İnterstisial mayedə
C) Tənəffüs yollarına daxil olan qazlarda
D) Baş beyin toxumasında
E) Alveollarda olan qazlarda
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
136) Azot oksidi ilə aparılan inhalyasion anesteziyadan sonra diffuzion hipoksiyanın profilaktikası üçün nə edilməlidir?
A) Nəfəsvermənin sonunda müsbət təzyiqdən istifadə etməklə 5-10 dəqiqə ərzində təmiz atmosfer hava ilə ventilyasiya olunmalıdır
B) Böyük dozalarda saluretiklər yeridilməlidir
C) 5-20 dəqiqə ərzində 100% oksigenlə inhalyasiya aparılmalıdır
D) Bronxları genişləndirmək məqsədilə 10 ml 2,4%-li eufillin yeridilməlidir
E) 5-10 dəqiqə ərzində təmiz atmosfer hava ilə hiperventilyasiya aparılmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
137) Halotanın hər iki mühitdə eyni parsial təzyiqi fonunda onun qanda olan miqdarı alveollarda olan miqdarının 240%-ni təşkil edir. Halotanın qan/qaz paylanma koeffisiyenti neçəyə bərabərdir?
A) 4,8
B) 1,4
C) 12,0
D) 1,0
E) 2,4
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
138) Azot oksidinin oksigendə olan konsentrasiyası neçə faizdən yuxarı olmamalıdır?
A) 70%-dən
B) 90%-dən
C) 50%-dən
D) 30%-dən
E) 80%-dən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |