415) Üz-çənə patologiyası ilə əlaqədar aparılan əməliyyatlar zamanı xəstənin vəziyyətinə nəzarət çətinləşdiyinə görə əsas diqqət nəyə verilməlidir?
A) Qısamüddətli və palliativ xarakterli əməliyyatların aparılmasına
B) Distansion nəzarət metodlarına
C) Yalnız yerli infiltrasion anesteziyadan istifadə edilməsinə
D) Yalnız periferik sinir blokadalarından istifadə edilməsinə
E) Vaxtaşırı əməliyyatı dayandırıb xəstənin vəziyyətin yoxlanmasına
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
416) Aşağıda qeyd olunan hallardan hansı planlı sürətdə tonzillektomiya əməliyyatının aparılmasına əks göstərişdir?
A) 10 yaşdan kiçik olması
B) Kəskin respirator xəstəliklərin və uşaq virus infeksiyalarının olması
C) Anamnezdə bronxial astmanın olması
D) Anamnezdə pnevmoniyanın olması
E) Yerli anestetiklərə yüksək həssaslığın olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
417) Tonzillektomiya əməliyyatından sonrakı dövrdə xəstədə dərinin solğunluğu, tərləmə, taxikardiya, hipotoniya, qanla qusma müşahidə olunanda ilk növbədə nədən şübhələnilməlidir?
A) 12-barmaq bağırsaq xorasından olan qanaxmadan
B) Mədə xorasından olan qanaxmadan
C) Disseminə olunmuş damardaxili laxtalanma sindromundan (DDLS-dan)
D) Qida borusunun varikoz genəlmiş venalarından olan qanaxmadan
E) Əməliyyat yarasından davam edən qanaxmadan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |