881) Anesteziya zamanı baş verən hipotermiyanın təsirlərinə aid deyildir:
A) Anesteziyadan sonra xəstələrin tez ayılması
B) Dərman preparatların metabolizminin ləngiməsi
C) Anesteziyadan sonra titrəmə
D) Periferik damarların ümumi müqavimətinin yüksəlməsi
E) Aritmiyalar
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
882) Anesteziyadan sonrakı bərpa (ayılma) döründə xəstənin vəziyyəti:
A) Arxası üstə horizontal vəziyyətdə uzandırılır, başı arxaya qatdanılır
B) Yanı üstə uzandırılır, yuxarıda yerləşən əl alt çənənin altında, yuxarıda yerləşən ayaq bud-çanaq və diz oynağından bükülmüş vəziyyətdə olur
C) Baş tərəfi endirilmiş vəziyyətdə arxası üstə uzandırılır (Trendelenburq)
D) Baş tərəfi qaldırılmış vəziyyətdə arxası üstə uzandırılır (Fovler)
E) Başı bir qədər qaldırılmış, arxası üstə horizontal vəziyyətdə
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
883) Azot oksidlə aparılmış anesteziyadan sonra yaranan diffuzion hipoksiya zamanı:
A) PAO2↓, PACO2↓, PaO2↓, PaCO2↓
B) PAO2↑, PACO2↑, PaO2↓, PaCO2↓
C) PAO2↑, PACO2↑, PaO2↑, PaCO2↑
D) PAO2↓, PACO2↓, PaO2↑, Pa CO2↑
E) PAO2↓, PACO2↑, PaO2↓, PaCO2↑
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
884) Pulmonektomiya əməliyyatı zamanı hansı anestetikin istifadəsi məqsədəuyğun deyil?
A) Halotan
B) İzofluran
C) Azot oksidi
D) Ketamin
E) Enfluran
Ədəbiyyat: Ədəbiyyat:Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |