969) Metabolik alkalozun müalicəsi üçün istifadə olunur:
A) Natrium hidrokarbonat məhlulunun infuziyası
B) 5%-li qlükoza məhlulunun infuziyası
C) Turşu reaksiyalı məhlulun (durulaşdırılmış HCl məhlulu) infuziyası
D) Təzə dondurulmuş plazmanın infuziyası
E) Hiperventilyasiya rejimində süni tənəffüsün aparılması
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
970) 1 atmosfer (atm) neçə bara bərabərdir?
A) 0,1 bar
B) 3,14 bar
C) 1,01 bar
D) 150 bar
E) 50 bar
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
971) 1 atmosferə (atm) bərabərdir:
A) 75 mm c.süt.
B) 760 mm c.süt.
C) 100 mm c.süt.
D) 150 mm c.süt.
E) 38 mm c.süt.
Ədəbiyyat: Ədəbiyyat: Анестезиология / под ред.А.Р.Айткенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
972) Standart II intraoperasion monitorinqi (Amerika Anestezioloqların Assosiasiyası) hansı funksiyanın monitorinqini nəzərdə tutmur?
A) Beyin funksiyasının
B) Qan dövranının
C) Bədən hərarətinin
D) Ventilyasiyanın
E) Oksigenasiyanın
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
973) Anestezioloji-reanimatoloji avadanlıqlarda reduktorlar hansı məqsəd üçün istifadə olunur?
A) Anesteziya zamanı istifadə olunmuş qazları ətraf mühütə xaric etmək
B) Tənəffüs konturundakı təzyiqi müəyyən etmək
C) Qazların təzyiqini azaltmaq
D) Tibbi qazları inhalyasion anestetiklərlə qarışdırmaq
E) Tibbi qazların axın sürətini tənzim etmək
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
974) Süni tənəffüs aparatında və narkoz aparatında manometrlər hansı məqsəd üçün istifadə olunur?
A) Anesteziya zamanı istifadə olunmuş qazları ətraf mühütə xaric etmək
B) Tənəffüs konturundakı təzyiqi müəyyən etmək
C) Tibbi qazları inhalyasion anestetiklərlə qarışdırmaq
D) Tibbi qazların axın sürətini tənzim ətmək
E) Tənəffüs həcmini və tənəffüsün dəqəqəlik həcmini təyin etmək
Ədəbiyyat: Ədəbiyyat: Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
Dostları ilə paylaş: |