270) Miokardın yığılma qabiliyyətinə təsir edən miorelaksant hansıdır?
A) Heç biri
B) Suksilinxolin
C) Atrakurium
D) Pankuronium
E) Piperkuronium
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
271) Aşağıdakı faktorlardan hansı hiperkapniyaya səbəb ola bılər?
A) Heç biri
B) Süni qan dövranı
C) Hipoventilyasiya
D) Hiperventilyasiya
E) 100% O2 inhalyasiyası
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
272) Massiv travmalarla olan xəstəyə normal gedişli giriş narkozu zamanı suksinilxolin vurulduqda ürək fəaliyyətinin dayanması baş vermişdir. Daha çox güman olunan səbəb hansıdır?
A) Travmatik şok
B) Hiperkaliyemiya nəticəsində mədəciklərin səyirməsi
C) Kəskin tənəffüs çatmamazlığı
D) Kəskin qara ciyər çatmamazlığı
E) Kəskin böyrək çatmamazlığl
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
273) Depolyarizəedici relaksantların vurulması zamanı sklet əzələlərinin massiv səyirməsindən hansı təhlükəli fon yarana bilər?
A) Hipokalsemiya
B) Hipokalemiya
C) Hipernatremiya
D) Hiperkalemiya
E) Hiponatremiya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
274) Depolyarizəedici relaksantların vurulması zamanı mədəciklərin səyirməsi və ürək fəaliyyətinin dayanması baş verə bilər. Bu fəsadın profilaktikası üçün nə etmək lazımdır?
A) Antidepolyarizəedici relaksantlarla prekurarizasiya etməli
B) Relaksantdan əvvəl spazmolitiklər vurmalı
C) İnhalyasiya olunan halotanın dozasını bir az artırmalı
D) Relaksantdan əvvəl kortikosteroid hormonlardan birini müvafiq dozada vurmalı
E) Bütün cavablar dogrudur
Ədəbiyyat: Осложнения при анестезии; под ред. Ф.К. Оркина, Л.Х. Купермана, Москва, «Медицина», 1985, том 1-2.
275) Ağ ciyərlərin süni tənəffüsü zamanı oksigenasiyanı yaxşılaşdırmaq üçün hansı tədbirlər effektli ola bilər?
A) Miorelaksasiyanın adekvatlaşdırılması
B) Hamısı
C) FiO2 –nin artırılması
D) Mikrosirkulyasiyann yaxşılaşdırılması
E) Dəqiqəlik ventilyasiya həcminin artırılması
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
276) Narkoz zamanı hipoksiya və hiperkapniyanın hansı ilkin klinik-fizioloji təzahürləri müşahidə oluna bilər?
A) Duzgun cavab yoxdur
B) Hipotenziya və bradikardiya
C) Hipertenziya və bradikardiya
D) Hipertenziya və taxikardiya
E) Hipotenziya və taxikardiya
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
Dostları ilə paylaş: |