Antropologiyaya giriş



Yüklə 66,73 Kb.
tarix16.11.2018
ölçüsü66,73 Kb.
#82593
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

HIST101 Arxeologiyaya giriş, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2016

Fənni tədris edən müəllim (lər)

Orxan Zamanov

E-mail:

ordukaqan@gmail.com

Telefon:

(012) 421-79-16 (departament) 219

Mühazirə otağı/Cədvəl

I – 16:40 ; V – 16:40

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

  1. Əsas:

  1. Mühazirə mətnləri

  2. Azərbaycan arxeologiyası, I cild, Bakı-2006

  3. Azərbaycan arxeologiyası ,VI cild, Bakı-2008

  4. А.Мартынов.Археология. Москва, 2008, 2012

  5. Azərbaycan tarixi. Yeddi cilddə. I cild, Bakı-2007

  6. Археология. В начале. К. ДеКорс, Б. Фаган. Москва, 2007

  1. Əlavə:

  1. V.Baxşəliyev.Azərbaycan arxeologiyası. I cild, Bakı - 2006

  2. R. Göyüşov.Azərbaycan arxeologiyası. Bakı - 1986

  3. Qüdrət İsmayılzadə .Arxeoloqun çöl gündəliyindən.. Bakı - 2009

  4. A dictionary of archaeology. Ian Shaw and Robert Jameson. Oxford - 1999

  5. Археологический словарь. Дональд Трамп, Уорвик Брей. Москва – 1990

  6. Arkeolojik kazi sistemi el kitabi - Veli Sevin. Istanbul - 1995

Kursun veb saytı

www.arxeoloq.az, www.azerbaijanarcheology.com

Tədris metodları

Mühazirə

Tədris metodları

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:



  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.

  • Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya (Dərs vaxxtından əlavə müəyyən olunmuş günlərdə Qobustan Milli Tarixi-bədii qoruğuna və Ağsu orta əsr şəhər yeri qazıntısına ekskursiya nəzərdə tutulur).

  • Arxeologiya ilə bağlı seçmə mövzular üzrə tanınmış mütəxəssislər dəvət olunaraq dərsdən kənar məşğələlər

  • Nəzəri və tətbiqi arxeologiya ilə bağlı təcrübələr.

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%) , bal

Aralıq imtahanı

Aprel

(fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir).





30

Praktiki məsələ

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey Sərgi Zalına və MATM Ekspozisiyasına ekskursiya əsasında esse


6

(3+3)

Fəallıq

Dərslərdə, diskussiyalarda, və seminarlarda iştirak etmək, ev tapşırıqlarının yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirmək.


10


Yoxlama

Kurs boyu iki yoxlama yazı keçirilməsi nəzərdə tutulur. Birinci yazı aralıq imtahanı öncəsi, ikincisi yekun imtahan qabağı. Hər yoxlama işi 4 bal ilə qiymətləndirilir.


8 bal

(4+4)

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə/Fərdi iş

Azərbaycan və Dünya arxeologiyasından seçmə mövzular üzrə fərdi işlər. Təqdimat şəklində təhvil veriləcək işlər 6 (altı) bal ilə qiymətləndirilir və son dərs gününə bir gün qalmış təqdim olunmalıdır.


6

Final imtahanı

İyun

(aprel və may aylarında keçirilən mövzular əsasında final imtahan verilir).




40

Praktiki məşğələ







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Arxeologiyaya giriş”fənni Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənnlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların arxeologiya elminə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında təbii və ictimai amillərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.

“Arxeologiyaya giriş” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun yaranması, mərhələləri və genişlənməsi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğu araşdırılacaqdır;

  • İnsan sivilizasiyanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;

  • İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.


Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.


İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix (planlaşdırılmış)

saatlar

Fənnin mövzuları

Dərslik/

Tapşırıqlar



4

12.02.2016

Mövzu 1. Arxeologiyaya giriş

  1. 1, 4, 6



4

15.02.2016

19.02.2016

Mövzu 2. Arxeologiyanın tərifi, predmeti, tədqiqat obyekti və vəzifələri.

Mövzu 3. Arxeologiya elminin quruluşu.

  1. 1,4,6

  2. 3,4,5



4

22.02.2016

26.02.2016

Mövzu 4. Arxeologiyanın inkişaf tarixi.

Mövzu 5. Məşğələ

  1. 1,4,6

  2. 3



4

29.02.2016

04.03.2016

Mövzu 6. Arxeologiyanın bir elm kimi formalaşması və təşkilatlanması.

Mövzu 7. Məşğələ

  1. 1 ,6

  2. 4,5



4

07.03.2016

11.03.2016

Mövzu 8. Arxeologiyanın tədqiqat metodları və üsulları.

Mövzu 9. Məşğələ

  1. 1,4,6

  2. 2,6



4

14.03.2016

18.03.2016

Mövzu 10. Arxeologiyanın digər elmlərlə əlaqəsi

Mövzu 11. Məşğələ

  1. 4,6

  2. 4,5,6



4

21.03.2016

25.03.2016

Mövzu 12. Arxeologiyanın köməkçi elm və fənləri.

Mövzu 13. (yoxlama)

  1. 1,4,6

  2. 3,4,5,6



4

29.03.2016

01.04.2016

Mövzu 14. Arxeologiya muzeyi və maddi-mədəni irsin qorunması məsələsi. (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey Sərgi Zalına)

Mövzu 15. Davamı

Muzey ekskursiyası



4

04.04.2016

08.04.2016

Mövzu 16. Aralıq imtahanı (1-9-cü mövzular)

Mövzu 17. Arxeologiya və Mədəni İrs məsələsi

  1. 6

  2. 3,4,5



4

11.04.2016

15.04.2016

Mövzu 18. Daş dövrü arxeologiyası və İnsanın yaranması problemi arxeologiyada.

Mövzu 19. Məşğələ

  1. 2,5 (səh. 43-175)

  2. 1,2,4,5



4

18.04.2016

22.04.2016

Mövzu 20. Tunc dövrü arxeologiyası və Paleometal dövrünün tədqiqi problemi

Mövzu 21. Məşğələ

  1. 4,5 (səh. 43-175)

  2. 1,2,4,5



4

25.04.2016

29.04.2016

Mövzu 22. Erkən dəmir dövrü arxeologiyası və dövlətlərin yaranmasına qədərki arxeologiya

Mövzu 23. Antik Arxeologiya (e.ə. V – er. V əsrləri)

  1. 4,5 (səh. 43-175)

  2. 2,4,5



4

02.05.2016

06.05.2016

Mövzu 24. Orta Əsr və İslam Arxeologiyası (er. VI – XVI əsrləri)

Mövzu 25. İndustrial Arxeologiya və ya Yeni dövr arxeologiyasının tədqiqi (er. XVII-XX əsrləri)

  1. 1,3,6

  2. 2,4






4

09.05.2016

13.05.2016

Mövzu 26. Azərbaycan arxeologiyasının inkişaf tarixi

Mövzu 27. Məşğələ

Muzey ekskursiyası

A.2,3 B.2,3



4

16.05.2016

20.05.2016

Mövzu 28. Azərbaycanda arxeoloji tədqiqatlar və müasir tendensiyalar

Mövzu 29. (yoxlama)

  1. 1, 4

  2. 3






4

23.05.2016

Mövzu 30. Təqdimat










FİNAL imtahan




ARXEOLOGIYAYA GİRİŞ FƏNNİNDƏN FƏRDI IŞLƏR.

Azərbaycan arxeologiyası



  1. Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji tədqiqi.

  2. Azərbaycanın daş dövrünün abidələri.

  3. Şomutəpə arxeoloji mədəniyyəti.

  4. Kür-Araz arxeoloji mədəniyyəti.

  5. Qobustanın qayaüstü təsvirləri.

  6. Birinci Kültəpənin arxeoloji tədqiqi.

  7. Azərbaycanın küp qəbirləri mədəniyyəti.

  8. Gəmiqayanın qayaüstü təsvirləri.

  9. Azərbaycanın ilk orta əsr qəbir abidələri.

  10. Leylatəpə arxeoloji mədəniyyəti.

  11. Minqəçevir arxeoloji abidələri.

Dünya arxeologiyası

  1. Tripolya arxeoloji mədəniyyəti.

  2. Urartunun arxeoloji abidələri.

  3. Qara dənizin şimal sahillərinin antik şəhərləri.

  4. Cənubi Qafqazda siklopik tikililər.

  5. Maykop arxeoloji mədəniyyəti.

  6. Orta Asiyanın antik şəhərləri.

  7. Mesopotamiyanın eneolit və tunc dövrü abidələri.

  8. Trialeti abidələri.

Yüklə 66,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin