Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova
Təsdiq edirəm:______________
Ümumi məlumat
Fənnin adı, kodu və kreditlərin sayı
Arxeologiyaya giriş, HIST101, 3 kredit
Departament
Tarix və Arxeologiya departamenti Otaq (309)
Proqram (bakalavr, magistr)
Bakalavr
Tədris semestri
Yaz 2016
Fənni tədris edən müəllim (lər)
Orxan Zamanov
E-mail:
ordukaqan@gmail.com
Telefon:
(012) 421-79-16 (departament) 219
Mühazirə otağı/Cədvəl
I 17:10-18:30; V 17:10-18:30
Bəşir Səfəroğlu 122
Məsləhət saatları
Tələbələrlə razılaşdırılan vaxtda
Prerekvizitlər
Tədris dili
Azərbaycan dili
Fənnin növü
(məcburi, seçmə)
Məcburi
Dərsliklər və əlavə ədəbiyyat
Əsas:
Mühazirə mətnləri
Azərbaycan arxeologiyası, I cild, Bakı-2006
Azərbaycan arxeologiyası ,VI cild, Bakı-2008
А.Мартынов.Археология. Москва, 2008, 2012
Azərbaycan tarixi. Yeddi cilddə. I cild, Bakı-2007
Археология. В начале. К. ДеКорс, Б. Фаган. Москва, 2007
Əlavə:
V.Baxşəliyev.Azərbaycan arxeologiyası. I cild, Bakı - 2006
R. Göyüşov.Azərbaycan arxeologiyası. Bakı - 1986
Qüdrət İsmayılzadə .Arxeoloqun çöl gündəliyindən.. Bakı - 2009
Adictionaryof archaeology. Ian Shaw and Robert Jameson. Oxford - 1999
Археологический словарь. Дональд Трамп, Уорвик Брей. Москва – 1990
Arkeolojik kazi sistemi el kitabi - Veli Sevin. Istanbul - 1995
Kursun veb saytı
www.arxeoloq.az, www.azerbaijanarcheology.com
Tədris metodları
Mühazirə
Tədris metodları
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
Mühazirələr
Mövzu ətrafında müzakirələr (məşğələ)
Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə
Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.
Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya (Dərs vaxxtından əlavə müəyyən olunmuş günlərdə Qobustan Milli Tarixi-bədii qoruğuna və Ağsu orta əsr şəhər yeri qazıntısına ekskursiya nəzərdə tutulur).
Arxeologiya ilə bağlı seçmə mövzular üzrə tanınmış mütəxəssislər dəvət olunaraq dərsdən kənar məşğələlər
Nəzəri və tətbiqi arxeologiya ilə bağlı təcrübələr.
(fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir).
30
Praktiki məsələ
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey Sərgi Zalına və MATM Ekspozisiyasına ekskursiya əsasında esse
6
(3+3)
Fəallıq
Dərslərdə, diskussiyalarda, və seminarlarda iştirak etmək, ev tapşırıqlarının yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirmək.
10
Yoxlama
Kurs boyu iki yoxlama yazı keçirilməsi nəzərdə tutulur. Birinci yazı aralıq imtahanı öncəsi, ikincisi yekun imtahan qabağı. Hər yoxlama işi 4 bal ilə qiymətləndirilir.
8 bal
(4+4)
Prezentasiya/Qrup müzakirə/Fərdi iş
Siyahı əlavə olunur
Azərbaycan və Dünya arxeologiyasından seçmə mövzular üzrə fərdi işlər. Təqdimat şəklində təhvil veriləcək işlər 6 (altı) bal ilə qiymətləndirilir və son dərs gününə bir gün qalmış təqdim olunmalıdır.
6
Final imtahanı
İyun
(aprel və may aylarında keçirilən mövzular əsasında final imtahanı verilir).
“Arxeologiyaya giriş”fənni Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənnlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların arxeologiya elminə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında təbii və ictimai amillərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.
“Arxeologiyaya giriş” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun yaranması, mərhələləri və genişlənməsi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.
Tədrisin (öyrənmənin) nəticələri
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğunu araşdırma vərdişlərinə yiyələncək;
İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;
İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.
Qaydalar (Tədris siyasəti və davranış)
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 15 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılsa da, ona qaıb işarəsi yazılır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
Cədvəl (dəyişdirilə bilər)
Həftə
Tarix (planlaşdırılmış)
saatlar
Fənnin mövzuları
Dərslik/
Tapşırıqlar
4
12.02.2016
Mövzu 1. Arxeologiyaya giriş
1, 4, 6
4
15.02.2016
19.02.2016
Mövzu 2. Arxeologiyanın tərifi, predmeti, tədqiqat obyekti və vəzifələri.
Mövzu 3. Arxeologiya elminin quruluşu.
1,4,6
3,4,5
4
22.02.2016
26.02.2016
Mövzu 4. Arxeologiyanın inkişaf tarixi.
Mövzu 5. Məşğələ
1,4,6
3
4
29.02.2016
04.03.2016
Mövzu 6. Arxeologiyanın bir elm kimi formalaşması və təşkilatlanması.
Mövzu 7. Məşğələ
1 ,6
4,5
4
07.03.2016
11.03.2016
Mövzu 8. Arxeologiyanın tədqiqat metodları və üsulları.