Antuan loran lavuaze



Yüklə 158,47 Kb.
tarix05.02.2020
ölçüsü158,47 Kb.
#101991

Kimya məktəbdə


ANTUAN LORAN LAVUAZE
A.M.Umudova

Quba rayonu Xucbala kənd orta məktəbinin kimya müəllimi

Onlara bircə an lazım oldu ki, bu başı



kəsib atsınlar, amma 100 il keçsə də

fransa belə alim yetişdirə bilməz.”

Görkəmli Fransız kimyaçı, müasir kimya elminin və termokimyanın əsasını qoymuş Antuan loran lavuaze 26 avqust 1743-cü ildə Parisdə vəkil ailəsində dünyaya göz açmışdır O, ilk təhsilini tanınmış ailələrin uşaqları üçün kardinal Mazarini tərəfindən tikilmiş, o vaxtlar Parısdə çox populyar olan Mazarini kollecində almışdır. Kolleci bitirdikdən sonra Lavuaze təhsilini hüquq fakultəsində davam etdirmiş və 1763-cü ildə bakalavr dərəcəsini almışdır.

Lakin o, sərhəd bilməyən maraq dairəsinə malik idi və yalnız hüquq elminin oyrənilməsi ilə kifayətlənə bilməzdi. Lavuaze fəlsəfədən tutmuş küçələrin işıqlanmasına kimi ətrafda olan hər şeylə maraqlanır və bu sahələri hər tərəfli, çox dərindən öyrənirdi. 1766-cı ildə o, küçələrin işıqlandırılmasını təklif edir və buna görə Paris Akademiyasının qizil medalına layiq görülmüşdür.

Tədricən təbiət elmləri onu daha çox cəlb etməyə başlayır və Loran riaziyyatı və astronimiyanı o vaxtlar çox məhşur astranom olan, Mazarini kollecində çoxda böyük olmayan observatoriyaya malik La Kailldən, mineralogiyanın ilk fransa mineralogiya xəritəsini tərtib etmiş Getordan, botanikanı Bernar de Jyusdən, kimyanı Rueldən öyrənir. O, kimyadan mühazirələri (1764-1766 illər) Parisin Botanika bağında dinləmişdir.

Antuan loran lavuaze bütün həyatı boyu ciddi qayda gözləmiş və həftədə bir gün tam, qalan günlərdə 6 saat elmlə məşğul olmuşdur. Lavuazenin rəhbərlik etdiyi laboratoriya Parisdə aparıcı elmi mərkəz sayılırdı. Aparılmış tədqiqatlarla ələqədar yaranmış suallar, yeni sistemlər müzakirə olunur, şübhə doğuran təcrübələr təkrarlanırdı. Bu elmi müzakirələrdə o zamanın tanınmış alimləri Laplas, Monja, Laqranja, Qiton Morvo, Makker iştirak etmişdir.

Lavuazenin elmi fəaliyyətində onun ciddi məntiqi təfəkkürü diqqəti cəlb edirdi. O, ilk əvvəl tədqiatın aparılması üsulunu işləyib hazırlayırdı.

Onun ilk təcrübələrindən biri maddələırin yanma zamanı çəkisinin arması faktı ilə bağlı idi. Hidrogenin yanması zamanı hansısa oksid əmələ gəlirmi? Lavuaze bu məsələ üzərində öz sələfləri - Kavendis, Pristli, Varlire ilə işləyirdi. 1783-cu ildə Lavuaze və Laplas müəyyən etdilər ki, hidrogenin yanmasından təmiz su alınır. Eyni vaxtda Kavendis və Battom da eyni nəticəni əldə edirlər.

O dövrdə flagiston nəzəriyyəsi mövcud idi. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, əşyaların yanması onlarda çoxlu flagistonun olması ilə bağlıdır. Bu nəzəriyəyə görə yanma zamanı maddə flogistonu xaric edir. Lavuaze üzvi maddələrin yanmasını tədqiq edərək su, karbon qazı alındığını müəyyən edir və onların tərkiblərinin karbon, hidrogen, oksigendən ibarət olduğunu bildirir. Bir neçə yanma reaksiyaları aparır- spirtin, yağın, şəkərin, və s. Qeyri üzvi maddələrdən hydrogen-peroksidi, kalium-permanqanatı, bertole duzunu hava daxil olmadan qızdıraraq təmiz oksigen alır.

Lavuaze təsdiq edir ki,yanma prosesində heç bir maddə ayrılmır, əksinə birləşir. Analiz və sintez yolu ilə o, havada yanmaya kömək edən maddənin, oksigenin olduğunu aşkar etmişdir. Göstərmişdir ki, istilik dəyişməsi ilə gedən bütün reaksiyalar iki istiqamətdə gedir. Məsələn, karbonun oksigendə yanmasından karbon qazının alınması ilə gedən reaksiyada nə qədər istilik udulmuşsa, karbon qazının parçalanması zamanı da bir o qədər istilik ayrılır. Bu qaydanı əsasən Lavuaze ve Laplas heyvanların bədən temperaturunu öyrənmək üçün tətbiq edirlər. Lavuaze təyin edir ki, heyvanların tənəffüs zamanı aldıqları hava verdikləri havadan fərqlənir. Heyvanlar tənəffus edərkən yavaş yanma baş verir və bu da orqanizmdəki ehtiyyat istilik hesabına baş verir. Orqanizmdə yanma prosesi maddələr mübadiləsi ilə tamamlanır.

Apardığı təcrübələr əsasında Lavuaze heyvanların orqanizmində üç vacib amilin qarşılıqlı əlaqədə olduğu fikrinə gəlir. Bunlar tənəffus, həzm, transpirasiyadır.

Lavuaze yanma hadisəsini təmamilə öyrənmişdi. Onun irəli sürdüyü oksigen nəzəriyyəsi dörd tezisdən ibarət idi:

- işığın və istiliyin ayrilması;



  1. “saf havada” yanma

  2. ”yanmış maddənin çəkisi udulmuş havanın miqdarı qədər artır.”

  3. qeyri metalların yanması zamanı turşular, metalların yanması zamanı “metal”oksidləri əmələ gəlir.

Apardığı bütün reaksiyalarda Lavuaze başlanğıc və son məhsulların miqdarının dəyişmədiyini müşahidə edir: “Pelikan” adlanan, 2 yumru hissədən və bu yumru hissələri birləşdirən 2 nazik yan borulardan ibarət qapalı qabda (şəkil 1) suyu qaynadır. Buxarlanan su yuxarı qaba toplanır və kondensləşərək nazik borularda yenidən alt qaba qayıdır. Bu yolla o, suyu 101 gün ərzində qaynadıb dövr etdirir və müşahidə edir ki, qabın dibində nəzərə çarpacaq miqdarda çöküntü əmələ gəlir.

Sual doğur: Bu çöküntü haradan əmələ gəlir? Aparılan təcrübələr əsasında o, müəyyən edir ki, təcrübənin sonunda qabın ümumi çəkisi dəyişmir, deməli kənardan hec nə birləşmir. Sonra dövr edən suyun çəkisini təyin edərək müəyyən edir ki, suyun çəkisi nə qədər azalmışsa qabın çəkisi bir o qədər artmışdır. Bu təcrübəyə əsasən Lavuaze miqdarı tədqiqat üsulunun dəqiq olması qərarına gəlir.


Şəkil 1.


Başqa bir təcrübə də A şəklində bir boruya civə tökərək onu pecin üzərinə elə yerləşdirir ki, boğazı açıqda qalsın. Bu cür yerləşdirilmiş şüşə kolba ayrılan havanın miqdarını təyin etmək üçün nəzərdə tutulmuşdu. Peç ilə civə buxarlanana kimi qızdırır və müşahidə edir ki, 1-ci gün civə qabın divarlarında səliqəsiz bir şəkil alır. 2-ci gün civənin uzərində qirmizi nöqtələr əmələ gəlir. Bir neçə gündən sonra qırmızı rəng bütün civənin üzərini örtür. Lavuaze havanın həcminin təcrübədən əvvəlkinə nibətən 1/5 hissə qədər azaldığını müəyyən edir. O, müşahidə edir ki, qabın ağzını açdıqda əlindəki şam o dəqiqə sönür. Bəs civə qızdırıldıqda üzərini örtən qırmızı örtük nə idi? Lavuaze əks təcrübə aparır və qırmızılaşmış civəni yenidən o vaxta kimi qızdırır ki, civə əvvəlki vəziyyətini alsın. Civə əvvəlki vəziyyətinə gəldikdən sonra qabı açdıqda 100-150 sm3 qaz xaric olur və bu qazda şam çox gözəl yanırdı,tənəffüs etmək asanlasırdı. Lavuaze təcrübələrinin nəticələrini müzakirə edərək flagiston nəzəriyyəsinin əsasız olduğunu sübut edir.

Şəkil 2


Lavuaze maddələrin analizinin əsasını qoymuşdur ki, buda üzvi kimyanın kimya elminin ayrıca bölməsi kimi formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O, apardığı elmi tədqiqatlar əsasında maddənin saxlanması qanunu kəşf etmiş, flagiston nəzəriyəsinin əsassız olduğunu göstərmiş, oksidləşmə, yanma və tənəfüz proseslərinin mahiyyətini izah etmiş,kimya elminə kimyəvi element anlayışını,miqdarı analiz üsullarını daxil etmiş, kimyəvi birləşmələrin yeni nomenklaturasının və termokimyanın əsas prinsplərini işləyib hazırlamışdır.

1772-1777-ci illərdə apardığı bir sıra tədqiqatlarla Lavuaze atmosfer havasının mürəkkəb tərkibə malik olduğunu göstərir. Onun əsas elmi işlərindən biri havada oksigenin olmasını öyrənmək olub O göstərmişdir ki, oksigen kimyəvi elementdir.

1765-ci ildən Lavuazy Paris elmlər akademiyasında işləmiş və 1768-ci ildə, 25 yaşında Emlər Akademiyasının üzvü seçilmişdir.

1793-cu ildə Böyük Fransa üsyanı zamanı Lavuaze konstitusiyalı monarxiyanın tərəfdarı kimi çıxış edir, həmin ilin noyabr ayında həbs olunur və ona ölüm hokum kəsilir. Lavuaze 8 may 1794-cu ildə Parisdə İnqilab meydanında edam olunur. O, həyatının son anında axırıncı təcrübəsini aparır: kütlə arasında olan asistentinə başı vurulduqda nə qədər gözünü qırpacağını saymağı tapşırmışdı.

Bələliklə bir dahinin ömrünə son qoyulmuşdur.

Napoleon kimya və farmakologiya üzrə professor İ.B.Trommsdorff ilə görüşdükdə soruşur: “kimyaçıların başçısı kimi hesab edirsiniz?” Trommsdorff cavab verir: “Kimya öz başını Lavuaze ilə birgə itirmişdir.


İstifadə edilmiş ədəbiyyat:


1. http://physchem.narod.ru/ Source/ History/ Persones/ Lavoisier.html.

2. http://to-name.ru/biography/antuan-loran-lavuaze.htm.



3. http://www.alhimik.ru/teleclass/pril/ lavousier. shtml


Антуан Лоран Лавуазье
А.М. Умудова
АННОТАЦИЯ
Статья посвящена великому ученому химику, основоположнику современной химии Антуану Лорану Лавуазье, который открыл закон сохранения вещества, ввел понятие химического элемента, выяснил роль кислорода в процессах горения, окисления, дыхания и показал несостоятельность теории флогистона.

ANTUAN LORAN LAVUAZE

A.M. Umudova
SUMMARY
Article hung the great scientist, chemist, founder of modern chemistry Antuan Loran Lavuaze, who discovered the law of conservation of matter, has introduced the concept of a chemical element, explained the role of oxygen in combustion, oxidation, respiration, and pointed out the inconsistency of the theory of phlogiston.
Ачар сюзляр: kimyaçi, alim, müasir kimya, flogiston nəzəriyyəsi, miqdarı analiz.
Ключевые слова: химик, ученый, современная химия, теория флогистона, количественный анализ.
Key words: chemists, scientists, modern chemistry, flogiston theory, content analysis.





Yüklə 158,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin